Avropa Birliyinin neft embarqosu Rusiyanın büdcəsinə zərər verməyəcək.
Çünki biz nefti satmaq üçün Cənub-Şərqi Asiyada, Afrikada alıcılar tapa bilərik.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası İqtisadi Komitəsi rəhbərinin müavini İvan Abramov deyib.
“Dünya əhalisinin əksəriyyəti Rusiyaya sanksiyaları dəstəkləmir. Biz neftimizi satmaq üçün yeni bazarlar tapa bilərik. Güzəştli qiymətlərlə belə Rusiya büdcəsi zərər görməyəcək”, - İ.Abramov bildirib.
Qeyd edək ki, AB Rusiya neftinin 90%-dən bu ilin sonuna qədər imtina etmək niyyətindədir. “Blumberq”in hesablamalarına görə, Rusiya Avropaya ixrac edə bilmədiyi nefti Asiya ölkələrinə satsa, qiymət fərqindən il ərzində cəmi 10 milyard dollar itirəcək.