İndoneziyanın paytaxtı Cakartada meydana gələn güclü yağışlar daşqına səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə Cakarta Fövqəladə Hallar Agentliyi məlumat yayıb.
Bildirilib ki, daşqın zamanı 1380 evi su basıb. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Bir sıra şəhərlərdə güclü yağışların sabaha qədər davam edəcəyi bildirilib.