İon dənizində Yunanıstanın Zakinf adası sahilləri yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.
Məlumata əsasən, yeraltı təkanların episentri Zakintos şəhərindən 61 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.