Bakının Binə qəsəbəsində evdən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, bununla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Həsən Hüseynov və Əli Əmirxanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.