Son xəbərlər

 

Roma Papası Fransiskin Litvaya səfəri 1,75 milyon avroya başa gələ bilər.

Bu barədə Sputnik Litva agentliyi məlumat yayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Litva hökumətində 2018-ci ildə Roma Papasının səfəri ilə əlaqədar əvvəlcədən nəzərdə tutulmayan xərclərin kompensasiya edilməsinin zəruriliyi barədə qərar qəbul edilib. Bu funksiya Litvanın dövlət idarələrinin üzərinə düşür.

Nazirlər Kabinetinin məlumatında deyilir: “Hökumət Roma Papasının Litvaya səfərinin təşkilində Xarici İşlər Nazirliyinin və hökumət dəftərxanasının üzərinə öhdəlik qoyur. Xarici İşlər Nazirliyi büdcə vəsaitlərindən istifadə edilməsi barədə müqavilə hazırlayacaq”.

Litvanın Xarici İşlər Nazirliyinə 1,2 milyon avro, Daxili İşlər Nazirliyinə 248 min avro, Vilnüs özünüidarəetmə orqanına 109 minədək, Kaunas şəhər özünüidarəetmə orqanına 163 minədək, Səhiyyə Nazirliyinə isə təxminən 28 min avro ayrılacağı planlaşdırılır.

Nazirlər Kabinetinin məlumatında, həmçinin qeyd olunub ki, xərclərin məbləği ilkin xarakter daşıyır və ona Maliyyə Nazirliyinin təqdim edəcəyi smetadan sonra yenidən baxılacaq.

Roma Papası Litva Prezidenti Dalya Qribauskaytenin və katolik kilsəsinin dəvətinə əsasən sentyabrın 22-23-də bu ölkəyə səfər edəcək. Səfər çərçivəsində Roma Papasının Litva ictimaiyyəti, gənclər, fiziki imkanları məhdud insanlar, deportasiya edilmiş insanlar, siyasi dustaqlar, habelə yəhudi xalqının nümayəndələri ilə görüşlərinin təşkili planlaşdırılır.

16 May 2024 Fitsonun güllələnməsindən şoka düşdüm - Makron
16 May 2024 Məşhəddə güclü daşqın: 7 ölü, xeyli yaralılar var...
15 May 2024 Hamı bilsin: Baş Qərargahda dəyişiklik… - Putin
15 May 2024 Hakan Fidandən Blinkenə: Bu, qəbuledilməzdir!
15 May 2024 FETÖ-yə borcunu ödəmək üçün... - Ərdoğan
15 May 2024 Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracının həcmi açıqlandı
15 May 2024 Hicaba görə kişi döyüldü - VİDEO
15 May 2024 Türkiyədə suyun qiyməti artırıldı
15 May 2024 Türkiyə cevriliş təhlükəsi ilə çalxalanır: Engin Dinç kimdir?
15 May 2024 Yaponiyada infeksiya: rekord yoluxma qeydə alındı
15 May 2024 Rusiyanın yeni müdafiə naziri əsas hədəfini açıqladı
15 May 2024 Xameneinin nəvəsinin Nyu Yorkda geyimi şok etdi - Video
15 May 2024 Putin yanılır, 20 ildir uduzur - Blinken
14 May 2024 Türkiyənin bu istəyi illüziyadır - Şallenberq
14 May 2024 Ukraynaya daha çox “Patriot” lazımdır - Frederiksen
14 May 2024 Rusiya Gürcüstanın daxili işlərinə qarışmır - Peskov
14 May 2024 Ukraynanın hansı əraziləri işğal olunub? - Son xəritə
14 May 2024 Baydendən Rusiyaya daha bir qadağa
14 May 2024 Putin Peskovla bağlı qərarını açıqladı
14 May 2024 İsrailli nazirdən Quterreşə: Dərhal istefa verin!
14 May 2024 Makrondan çağırış: Avropanın sütunları çökür!
13 May 2024 Hindistanda reklam lövhəsi aşdı, ölənlər var
13 May 2024 İran internetə məhdudiyyəti daha da gücləndirir
13 May 2024 Qərb döyüş istəyirsə, Rusiya buna hazırdır - Lavrov
13 May 2024 Xarkova hücum Ukrayna üçün "soyuq duş"dur - Jorin
13 May 2024 Meksikada rekord istilər: 30 nəfər öldü
13 May 2024 Netanyahu iki faciəvi miras qoyub gedəcək - Kunts
12 May 2024 Hazırda İsrailə gecikdirdiyimiz yeganə şey... - Blinken
12 May 2024 Bu ölkədə güclü zəlzələ: Dağıntılar var
12 May 2024 İsrailin bu hücumu məsuliyyətsiz addımdır - Şolts