Gec və ya tez Afrin əməliyyatı bitəcək, hər ötən gün zəfərə bir az daha yaxınlaşırıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Biz həmişə səbir etdik. Sərhədlərimizdə həddinizi aşmayın. Bizi Hatayda, Kilisdə, Mardində narahat edirsiniz. Bıçaq sümüyə dirənib. İçəridəki terrorçular Suriyadakı terrorçularla birləşdilər. Üstəlik, utanmadan da kürd qardaşlarımızı istismar etdilər. Bizim mübarizəmiz terrorçulara qarşıdır”, - Ərdoğan bildirib.