Belarus Prezidenti Aleksandr Lukaşenko korrupsiyaya görə iki naziri istefaya göndərib.
Axar.az xəbər verir ki, vəzifəsindən uzaqlaşdırılan Meşə təsərrüfatı naziri Mixail Amelyanoviç və İdman və Turizm naziri Aleksandr Şamkodur.
Onların “korrupsiya ilə və tabeliyində olan təşkilatlardakı iqtisadi pozuntularla mübarizə üzrə effektiv tədbirlər” həyata keçirmədikləri bildirilib.