ABŞ-ın Texas Ştatının qubernatoru Qreq Ebbotla telefon danışığı zamanı Almaniya kansleri Angela Merkel “Harvi” qasırğasının fəsadlarının aradan qaldırılması ilə bağlı öz köməyini təklif edib.
Axar.az xəbər verir ki, bu barədə Almaniya hakimiyyətinin rəsmi nümayəndəsi Şteffen Zaybert danışıb.
“Kansler özünün və alman xalqının adından başsağlığı verdi və kömək təklif etdi”, - Zaybert bildirib.
Qeyd edək ki, ABŞ-da son 12 ildə baş vermiş ən güclü qasırğa nəticəsində 70 nəfər dünyasını dəyişib.