Türkiyəyə hazırda Avropa Birliyinin tərkibində yer yoxdur.
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Almaniya Sosial Demokratlar Partiyasından rəqibi olan Martin Şultsla debatı zamanı söyləyib.
“Mən Türkiyəni Avropa Birliyinin üzvü kimi görmürəm və heç vaxt da görməmişəm. Türkiyə Avropadan uzaqlaşır” – deyə o bildirib.