ABŞ-a aid 7 F-15C "İql" qırıcı təyyarəsi Litvanın Siauliay hərbi bazasına eniş edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Litva Müdafiə Nazirliyi yayıb. Nazirlik ABŞ təyyarələrinin NATO hava polisinin Baltik ölkələrindəki missiyasını yerinə yetirəcəyini bildirib.
Məlumata görə, bütövlükdə missiyada ABŞ-ın təxminən 140 əsgəri iştirak edəcək.
Qeyd edək ki, Baltik ölkələri hava keşikçisinə uyğun təyyarələrə malik olmadığı üçün 2004-ci ildən etibarən hava məkanını NATO təyyarələri qoruyur.