Fransa və Rusiya Suriyadakı kimyəvi silah məsələsi ilə bağlı konkret nəticələrə nail olub.
Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron danışıb.
“Rusiya Prezidenti ilə Parisdə görüşdükdən sonra Suriyadakı kimyəvi silah probleminin həllində mühüm və konkret nəticələr əldə etmək mümkün oldu”, - Makron bildirib.
Qeyd edək ki, avqustun 25-də BMT tərəfindən keçirilən əməliyyatlar nəticəsində Suriyada yerləşən sonuncu 2 kimyəvi obyektin də məhv edildiyi açıqlanmışdı.