ABŞ Prezidenti Donald Tramp həyat yoldaşı Melania Trampla birgə “Harbi” qasırğasının ciddi fəsadlar törətdiyi Texas ştatına səfər edib.
Axar.az xəbər verir ki, prezidentin helikopteri Hyuston şəhərindən 200 km məsafədə yerləşən “Korpus Kristi” adlı hava limanına eniş edib.
Məlumata görə, dövlət başçısı burada Texas qubernatoru Qreq Ebbotla görüşüb.
Daha sonra Tramp yerli xilasedicilərin və polislərin məlumatlarını dinləyib.
Bundan əlavə, prezident qarşılıqlı yardım və dözümlülükdən dolayı yerli sakinlərə də təşəkkürünü bildirib:
“Bura doğrudan da xüsusi yer və regiondur. Qubernator Ebbot, siz möhtəşəm idiniz”.