Son xəbərlər

 

Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi Avropada birmənalı qarşılanmayacaq.

 

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına qəbul olunmaq üçün konkret tələblər irəli sürür:

“Bu tələblər ondan ibarətdir ki, Türkiyə ilə Avropa İttifaqı arasında danışıqlar getsə də, Türkiyə Avropa İttifaqının irəli sürdüyü tələblərə cavab versə də, Aİ Türkiyəni qəbul etməyə niyə tələsmir?! Ankaranın qəzəbinin səbəbi də budur: Avropa İttifaqının tələblərinə uyğun olmayan bir neçə Şərqi Avropa ölkəsi İttifaqa qəbul olunduğu halda, qardaş ölkənin kənarda saxlanmasının anlamı nədir?!”

Politoloq deyib ki, son illər Türkiyə ilə Avropa arasında miqrantlarla bağlı böhran yaşanır:

“Türkiyə böhranın ən ağır şərtlərindən biri olan Suriya qaçqınlarının öz ərazisində yerləşdirilməsini üzərinə götürdükdən sonra Avropa İttifaqının siyasətində ona qarşı münasibətin dəyişəcəyini düşünürdü. Bunun tamamilə əksinin şahidi olduq, Türkiyəyə qarşı olan şərtlər nəinki yumşaldı, hətta daha da ağırlaşdı. Türkiyədə gedən daxili siyasi məsələlər, islahatlar da Avropanı qane etmir və onlar Türkiyədə diktatorluq meyillərinin artdığını iddia edirlər. Hərçənd təcrübə göstərir ki, Türkiyə hakimiyyətinin həyata keçirdiyi islahatlar şəffaf seçkilərin nəticələrinə əsaslanır. Belə olan halda Avropanın təsir mexanizmləri Türkiyədə zəifləyir. Ankara Avropadan bu ölkədəki seçkilərin nəticələrinə hörmətlə yanaşmasını istəyir. Bu məsələ Avropa ilə Türkiyə arasında getdikcə daha da mürəkkəbləşir. Almaniya rəhbərliyi isə bunun səbəbini Ərdoğanda görür. Bu vəziyyətin yaxın illərdə dəyişəcəyini düşünmürəm. 2019-cu ildə Türkiyədə seçkilər olacaq ki, burada da əsas namizəd Rəcəb Tayyib Ərdoğandır. Bu, gərginliyin daha da artmasına səbəb olacaq”.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel və Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker bu gün Türkiyə ilə münasibətlərin gərginləşdiyini bildirib.

21 May 2024 Qərb bu qətnaməyə veto qoymaqla... - Nebenzya
21 May 2024 Tusk Rəisiyə görə prezidenti kəskin tənqid etdi: Sərhədi keçib
21 May 2024 Türkiyənin mövcudluğu təhlükə altındadır - Ərdoğan
20 May 2024 Rəisi bu şəhərdə dəfn olunacaq
20 May 2024 Abdullahianın səlahiyyətlərini o icra edəcək
20 May 2024 Putin Rəisinin həlak olması ilə bağlı başsağlığı verdi
20 May 2024 Qəzada ölən Təbriz imamının evi... - Video
20 May 2024 Xameneinin varisi öldü: yeni varis kim olacaq?
20 May 2024 Ərdoğan İrana başsağlığı verdi
20 May 2024 Rəisi və Abdullahian bizim üçün... - Lavrov
20 May 2024 AKP İran xalqına başsağlığı verdi
20 May 2024 Rəisi və Abdullahianı Təbriz ağuşuna aldı
20 May 2024 İran XİN helikopter qəzası ilə bağlı yeni açıqlama yaydı
20 May 2024 Ruslar Ukraynada "sanitariya zonası" yaradır
20 May 2024 Rəisinin qəzası: hansı ölkələr necə reaksiya verdi?
20 May 2024 Putin Rəisinin qəza xəbərini eşidən kimi göstəriş verdi
20 May 2024 Putin əmr verdi: Təbrizə böyük qrup yola düşür
20 May 2024 İran prezidenti vəzifəsini o icra edəcək
20 May 2024 Abdullahianın cəsədi tapıldı - Foto
20 May 2024 Gecə-gündüz çalışıram: sülh, ardınca isə... - Bayden
20 May 2024 İran prezidenti və heyəti qəzada həlak olub - İran KİV
20 May 2024 Rəisi ilə birgə onlar da həlak olub - Adlar
19 May 2024 Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 Mişeldən Rəisinin düşdüyü qəza ilə bağlı açıqlama...
19 May 2024 Xamenei MTŞ-nin təcili iclasını çağırdı?
19 May 2024 Yolda təsadüfən saxlanılan gəncin maşını narkotik laboratoriyası çıxdı - FOTO
19 May 2024 Bu ölkənin Rusiyadakı səfiri öldü
19 May 2024 İran-Azərbaycan dostluğunu bütün dünya görür - Əliyev
19 May 2024 Rusiya ilə müharibə istəmirik - Britaniya
19 May 2024 Rus əsgər döyüşə ağacla girdi - Video