Türkiyənin Siirt vilayətində PKK terrorçuları yol təmiri üçün istifadə olunan maşınları yandırıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, terrorçuların yandırdıqları texnika özəl şirkətə məxsus olub.
Hadisədən sonra təhlükəsizlik qüvvələri ərazidə geniş miqyaslı əməliyyatlara başlayıb.