Qətər hökuməti İrana öz səfirinin geri qaytarılması haqqında qərar qəbul edib.
Axar.az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyi Tehranla bundan sonra bütün sferalarda münasibətlərin inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Qətər bu ilin yanvarında öz səfirini Tehrandan geri çağırmışdı. Buna səbəb Səudiyyə Ərəbistanının Məşhəd və Tehrandakı diplomatik nümayəndəliyinə hücum olmuşdu.