Son xəbərlər

 

Prezident Vladimir Putinin ətrafının prezident seçkisindən öncə zəifləməsi prosesi davam edir.

 

Axar.az xəbər verir ki, bu barədə informasiya “Minçenko Konsaltinq”in hazırladığı “Siyasi Büro 2.0” hesabatında yer alıb. Hesabata əsasən, Putinin yaxın ətrafına daxil olan 8 nüfuzlu şəxsdən daha üçü seçkidən sonra bu dairədən çıxa bilər. Belə ki, bir müddət öncə Putinin ətrafından Sergey İvanov və Gennadi Timçenko uzaqlaşdırılmışdı.

Putinin ətrafında birbaşa daxili toqquşma yoxdur, amma onun tərəfdarları arasında resurslara nəzarət üstündə rəqabət bitmək bilmir. Bu rəqabət 2018-ci il prezident seçkisinə görə aktivləşməyib. Belə ki, bu seçkinin nəticəsi Putinin yüksək reytinqi sayəsində öncədən müəyyən edilib. Ona görə də Putinin ətrafında qruplardan hansısa birinin onun qələbəsinə yatırım etməsi onun əlavə resurslar və təsir zonası qazanmasına imkan verməyəcək. Buna rəğmən Putinin yaxın ətrafında müəyyən dəyişikliklərin olması realdır:

1. Dmitri Medvedyev – Aleksey Navalnının “O sizin üçün Dimon deyil” araşdırma filmindən sonra imic problemi ilə üzləşməsinə baxmayaraq, Medvedyev hələ “Siyasi Büro”da ən sabit mövqeyə sahibdir. Bu isə ona Putinin növbəti altı illik hakimiyyəti dövründə yenə baş nazir olaraq qalmasına imkan yaradır. Baş nazir olmayacağı halda Medvedyev “Qazprom” və Ali Məhkəməyə rəhbər göndərilə bilər;

2. Sergey Çemezov – “Rostexnologiya”nın rəhbəri “Siyasi Büro”da daha dinamik formada nüfuz qazanan şəxs sayılır. O, son zamanlar Prezident Administrasiyasında, güc strukturlarında və regional elita arasında mövqeyini gücləndirib. Çemezovun güclənməsi onun üçün təhdid də ola bilər. Belə ki, Çemezovun opponentləri Putini onun güclənməsi ilə bağlı xəbərdar edə bilərlər;

3. Sergey Sobyanin – Moskva meridir. Medvedyevdən sonra baş nazir postuna əsas namizədlərdən biri sayılır;

4. Sergey Şoyqu – Müdafiə naziri “Siyasi Büro”da mövqeyini qoruyacaq;

5. Yuri Kovalçuk – “Rossiya” bankının Direktorlar Şurası sədrinin mövqeyi toxunulmaz qalacaq;

6. İqor Seçin – “Rosneft”in rəhbəridir. Putinə ən sadiq komanda üzvü sayılır. Seçin son illər hakimiyyətdaxili savaşda böyük uğurlar əldə edib. Buraya “Rostnefqaz”, “Başneft”ə yiyələnmək, bir neçə qubernator və keçmiş iqtisadiyyat naziri Aleksey Ulyukayevin həbsi daxildir. Məhz idarəetmə stili Seçinə qarşı geniş elita koalisiyası yarada bilər. Seçinə qarşı əsas tənqidlər “Rosneft”in maliyyə nəticələri, beynəlxalq layihələrə xərcləmələr və onun özünün məsuliyyət zonasının sərhədlərini aşması ilə bağlıdır;

7. Vyaçeslav Volodin – Rusiya Dumasının sədri Prezident Administrasiyasındakı yüksək vəzifəsini tərk etdikdən sonra aparıcı siyasi partiyalara və regional elitaya öz təsirini saxlaya bilib. Üstəlik, o, hökumət və regional hökumətlərə qarşı ictimai mövqeyini sərtləşdirib. Lakin parlament partiyalarının faktiki olaraq vahid putinyönlü hakim koalisiyaya birləşdirilməsi liderlərin formal müxalifət partiyalarına təsirini azaldır və parlamentin bütün ictimaiyyəti təmsil edən meydan kimi əhəmiyyətini azaldır;

8. Arkadi Rotenberq – “Stroyqazmontaj”ın sahibi Qərbin sanksiyalar siyahısına düşdükdən sonra ölkənin şərqində layihələrin icrasında problemlərlə qarşılaşır. O, gələcəkdə Putinin dövlət korporasiyalarının idarə edilməsinin zəiflədilməsi strategiyası sayəsində Rusiya Dəmir Yollarına qeyri-rəsmi kuratorluğunu itirə bilər.

17 May 2024 14 yaşlı oğlan çipsdən öldü - FOTO
17 May 2024 Türkiyənin Çinə sement məhsulları ixracının həcmi açıqlandı
17 May 2024 Ryabkov: “Qırmızı xətlər” qapanır, cavabımız bu cür olacaq
17 May 2024 Putindən Xarkovla bağlı inanılmaz açıqlama
17 May 2024 Çox savadlıyam, amma oxuya bilmirəm - Putin
17 May 2024 Türkiyədə əməliyyat: 239 nəfər saxlanıldı
17 May 2024 İldırım düşdü, 12 nəfər öldü - FOTO
17 May 2024 Münaqişə olmasaydı, Kiyevə bu statusu verməzdik
17 May 2024 Pedofillər bu şəxslərin sırasına daxil edildi – Rəsmi
17 May 2024 Problem var: 4 obyekt Azərbaycana keçir - Qriqoryan
17 May 2024 Şoyqunu Putin və Szinpinin görüşünə buraxmaq istəmədilər
17 May 2024 Avropa üçün Dəmir Qübbə yaradılmalıdır - Miçotakis
16 May 2024 Harvard Putinin varisinin adını açıqladı
16 May 2024 Putin çinli tərcüməçidən üzr istədi - Video
16 May 2024 Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb
16 May 2024 Lavrov Putini “eşşək” adlandırdı - Video
16 May 2024 Fitsonun güllələnməsindən şoka düşdüm - Makron
16 May 2024 Məşhəddə güclü daşqın: 7 ölü, xeyli yaralılar var...
15 May 2024 Hamı bilsin: Baş Qərargahda dəyişiklik… - Putin
15 May 2024 Hakan Fidandən Blinkenə: Bu, qəbuledilməzdir!
15 May 2024 FETÖ-yə borcunu ödəmək üçün... - Ərdoğan
15 May 2024 Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracının həcmi açıqlandı
15 May 2024 Hicaba görə kişi döyüldü - VİDEO
15 May 2024 Türkiyədə suyun qiyməti artırıldı
15 May 2024 Türkiyə cevriliş təhlükəsi ilə çalxalanır: Engin Dinç kimdir?
15 May 2024 Yaponiyada infeksiya: rekord yoluxma qeydə alındı
15 May 2024 Rusiyanın yeni müdafiə naziri əsas hədəfini açıqladı
15 May 2024 Xameneinin nəvəsinin Nyu Yorkda geyimi şok etdi - Video
15 May 2024 Putin yanılır, 20 ildir uduzur - Blinken
14 May 2024 Türkiyənin bu istəyi illüziyadır - Şallenberq