ABŞ və başçılıq etdiyi koalisiya Suriyada müharibə cinayətləri törədir.
Axar.az xəbər verir ki, Bu barədə Suriya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.
Koalisiyanın mülki insanlara, strukturlara və xidmət sektoruna olan hücumları sərhəd tanımır. Bu hücumlar onsuz da bərbad olan humanitar vəziyyəti daha da pisləşdirir. BMT bu qanlı hücumları törədən koalisiyanı dayandırmalıdır, - bəyanatda bildirilib.
Qeyd edək ki, koalisiyanın Rakkaya son hücumu zamanı xeyli dinc sakin həlak olmuşdu.