ABŞ-ın Rusiyadakı səfirliyi rusiyalılara qeyri-mühacir (müvəqqəti) vizasını almaq üçün başqa ölkələrə müraciət etməyi tövsiyə edib.
Axar.az xəbər verir ki, Səfirlik ABŞ qanunlarının Rusiya vətəndaşlarına başqa ölkələrdən ABŞ-a viza almağı qadağan etmədiyini açıqlayıb.
Rusiya vətəndaşları digər ölkələrin vətəndaşları kimi dünyanın istənilən ölkəsində ABŞ konsulluqlarına həmin viza üçün müraciət edə bilərlər. Konsulluqlarımız ABŞ qanunlarına riayət etməklə, fərdi şəkildə viza üzrə qərar verir, - səfirlikdən elan edilib.
Qeyd edək ki, ABŞ-ın Rusiya vətəndaşlarına qeyri-mühacir vizasının verilməməsi ilə bağlı qərarı 23 avqustdan qüvvəyə minib.