Son xəbərlər

 

ABŞ Prezindeti Donald Tramp Əfqanıstana dair planını açıqlayıb.

 O, bu ölkənin terrorçuların yuvası halına gəlməyə imkan verməyəcəklərini bəyan edib.

Bizim ordumuz orada qalib gəlmək üçün vuruşacaq”, ABŞ prezidenti Virciniyada Fort-Mayer hərbi bazasında çıxışı zamanı söyləyib. Bundan başqa, o, Əfqanıstanda fəaliyyət göstərən hərbi birliklərin səlahiyyətlərinin artırılacağını vurğulayıb. Tramp Əfqanıstana əlavə nə qədər qüvvə göndəriləcəyini açıqlamasa da, mətbuat bunun 4000 əsgər civarında olacağını bildirir. Hazırda Əfqanıstanda ABŞ-ın 8400 nəfərlik hərbi kontingenti fəaliyyət göstərir.

Musavat.com xəbər verir ki, ABŞ mətbuatı Tramp administrasiyasının Əfqanıstana marağının yüksəlməsində terrorçuluğa qarşı mücadilədən başqa niyyətlərinin olduğunu yazıb.

Bu ilin iyul ayında prezident Donald Tramp ABŞ-ın iri kimyəvi şirəkətlərinin birinin rəhbəri ilə görüşb. Bu görüş onun Əfqanıstanla bağlı mövqeyini kökündən dəyişib. (Tramp əvvəllər ABŞ-ın Əfqanıstanda hərbi kontingent saxlamasına qarşı çıxış edirdi-red.). Trampa həmin görüşdə Əfqanıstanın təbii sərvətlərinin olduqca fayda və gəlirli olacağı söylənilib, - ABŞ-ın Foreign Policy jurnalı yazır.

Jurnalın yazdığına görə, Həmin şəxs American Element şirkətinin rəhbəri Maykl Silver olub. Bu firma metal və kimyəvi maddələrin yüksək texnologiyalarla istehsalı üzrə ixtisaslaşıb. Trampa Əfqanıstan torpaqlarının altında dəyəri 1 trilyon dollara qədər ölçülən faydalı qazıntıların olduğu xəbər verilib. Bunlar mis, dəmir, nadir əlvan metallardan ibarətdir.

Daha öncələr, 16 ildir davam edən, 2400 ABŞ əsgərinin ölümünə yol açan və büdcədən 1 trilyon dolları aparan Əfqan kampaniyasına neqativ münasibət bəsləyən Tramp indi verilən maddi itkilərin əvəzini çıxmaq istəyir, - məqalədə qeyd olunub.

Jurnal Əfqanıstana dövlətlə bərabər özəl hərbi şirkətlərin də marağının artdığını qeyd edib.

Tramp üçün Əfqanıstan heç bir təminatı olmayan bərbad ticarət müqaviləsindən başqa bir şey deyil. Lakin artıq aletrnativ variantlar meydana gəlib, - məqalədə göstərilir.

Bu ilin may ayında ABŞ-ın ən böyük özəl hərbi şirkətinin rəhbəri Erik Prins “The Wall Street Journal”da başçılıq etdiyi əsgərlərin Əfqanıstanda Qayda-Qanun yaratmağa hazır olduğunu bəyan etmişdi. Erik Prinsin təklifi bir vaxtlar, daha doğrusu 18-ci əsrdə Hindistanı işğal edən Vest-Hind şirkətinin fəaliyyətini xatrıladır.

Prinsin planı 5500 muzdlu əsgərin Əfqanıstan ordusu ilə birlikdə hərəkət etməsini nəzərdə tutur. Görünür, əfqan torpağının sərvətləri özəl şirkətlərin də həris baxışlarını üzərinə cəmləyib. Artıq iri şirkərtlər bütöv ölkələrin özlərinin birbaşa nəzarətində olmasını istəyir. Prins bu məsələdə də tək deyil və arxasında bu işə milyardlarla pul qoymaq istəyən güclər var. Lakin bu plan ABŞ-ın indiki hərbi doktrinasına ziddir. ABŞ Əl-Qaidə, İŞİD kimi terror təşkilatlarla ilə yalnız əks-terrorçu qüvvələrlə savaşmaq istəmir.

Lakin administrasiyadan gələn xəbərlər Trampıın Erik Prinsin planında daha çox maraqlı olduğunu göstərir. Bu planla ABŞ ordusunun bölgədəki sayını xeyli azatlmaq, həmçinin xərcləri 3-4 dəfə qısaltmaq mümkündür. Hər halda, hər şeyə cümə günü Kemp-Deviddə keçiriləcək iclasda aydınlıq gətiriləcək.

Hansı hərbi təklifin üstünlük təşkil edəcəyindən asılı olmayaraq Donald Tramp üçün əsas prioritet yenə də Əfqanıstanın təbii sərvətləri olacaq.

ABŞ mətbuatının yazdığına görə, ticarət naziri Uilbur Ross hazırda Əfqanıstandakı sərvətlərin ümumi qiymətləndirilməsi, dövlət katibi Reks Tillerson isə ölkənin uzunmüddətli investisiyalar üçün kifayət qədər sabit olub-olmamasını araşdırmaqla məşğuldur.

19 May 2024 Əfqanıstanda leysan yağışları: 50 nəfər öldü
17 May 2024 14 yaşlı oğlan çipsdən öldü - FOTO
17 May 2024 Türkiyənin Çinə sement məhsulları ixracının həcmi açıqlandı
17 May 2024 Ryabkov: “Qırmızı xətlər” qapanır, cavabımız bu cür olacaq
17 May 2024 Putindən Xarkovla bağlı inanılmaz açıqlama
17 May 2024 Çox savadlıyam, amma oxuya bilmirəm - Putin
17 May 2024 Türkiyədə əməliyyat: 239 nəfər saxlanıldı
17 May 2024 İldırım düşdü, 12 nəfər öldü - FOTO
17 May 2024 Münaqişə olmasaydı, Kiyevə bu statusu verməzdik
17 May 2024 Pedofillər bu şəxslərin sırasına daxil edildi – Rəsmi
17 May 2024 Problem var: 4 obyekt Azərbaycana keçir - Qriqoryan
17 May 2024 Şoyqunu Putin və Szinpinin görüşünə buraxmaq istəmədilər
17 May 2024 Avropa üçün Dəmir Qübbə yaradılmalıdır - Miçotakis
16 May 2024 Harvard Putinin varisinin adını açıqladı
16 May 2024 Putin çinli tərcüməçidən üzr istədi - Video
16 May 2024 Türkiyənin İrana kimyəvi maddə ixracının həcmi açıqlanıb
16 May 2024 Lavrov Putini “eşşək” adlandırdı - Video
16 May 2024 Fitsonun güllələnməsindən şoka düşdüm - Makron
16 May 2024 Məşhəddə güclü daşqın: 7 ölü, xeyli yaralılar var...
15 May 2024 Hamı bilsin: Baş Qərargahda dəyişiklik… - Putin
15 May 2024 Hakan Fidandən Blinkenə: Bu, qəbuledilməzdir!
15 May 2024 FETÖ-yə borcunu ödəmək üçün... - Ərdoğan
15 May 2024 Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracının həcmi açıqlandı
15 May 2024 Hicaba görə kişi döyüldü - VİDEO
15 May 2024 Türkiyədə suyun qiyməti artırıldı
15 May 2024 Türkiyə cevriliş təhlükəsi ilə çalxalanır: Engin Dinç kimdir?
15 May 2024 Yaponiyada infeksiya: rekord yoluxma qeydə alındı
15 May 2024 Rusiyanın yeni müdafiə naziri əsas hədəfini açıqladı
15 May 2024 Xameneinin nəvəsinin Nyu Yorkda geyimi şok etdi - Video
15 May 2024 Putin yanılır, 20 ildir uduzur - Blinken