Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 10 ayda 10,2 milyard dollara çatıb ki, bu da əvvəlki ilin göstəricisindən iki dəfə çoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya və Ermənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası zamanı Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk deyib.
“İl hələ bitməyib, ona görə də ilin sonuna kimi indeksin artacağını düşünürəm”, - deyə o bildirib.
Rusiya Federasiyası baş nazirinin müavini əlavə edib ki, ticarət-iqtisadi əlaqələrin həyata keçirilməsi üçün Rusiya və Ermənistan demək olar ki, tamamilə milli valyutalarda hesablamalara keçiblər və qarşılıqlı hesablamalarda rus rublunun payı 96,3 faizə çatıb.
O həmçinin vurğulayıb ki, Rusiya Ermənistanın əsas investorlarından biridir, sənaye layihəsinə investisiyalar 3,4 milyard dollara çatıb.