Son xəbərlər

 

Xəyanətkarlıqla öldürülən rusiyalı general-leytenant İqor Kirillov təsadüfi qurban olmayıb.

 

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı ekspert Vitali Arkov deyib.

“Kirillovun öldürülməsi üçün sifariş Kiyev rejiminə Qərbdəki “dostlarından” gəlib. Çünki general Pentaqona tabe olan Qabaqcıl Tədqiqatlar Agentliyinin biolaboratoriyalarında beynəlxalq ictimaiyyət tərəfindən qadağan edilmiş sınaqların aparılması üçün kimyəvi və bioloji silahların hazırlanmasında Ukrayna ərazisinin, eləcə də əhalisinin fəal istifadəsini inkaredilməz sübutlarla ifşa edib. Belə ki, ABŞ prezidentinin oğlu Hanter Bayden tərəfindən maliyyələşdirilən “Metabiota” şirkətinin də bu işdə iştirakı sənədləşdirilib. General Kirillovun ölümü cavabsız qalmayacaq. Münaqişə tərəflərinin ali siyasi və hərbi rəhbərliyinin toxunulmazlığı ilə bağlı razılaşma artıq qətiyyən qüvvədə deyil”, - o bildirib.

Generalın qatilinin asanlıqla partlayıcı qurğu əldə etməsindən danışan Arkov qeyd edib ki, SSRİ-nin dağılması zamanı hərbi anbarlardan xeyli silah və partlayıcı oğurlanıb:

“Onlar düzgün saxlansa, uzun müddət, belə deyək, aktual qalacaq. Bundan əlavə, bir çox qadağan olunmuş əşyaları ala biləcəyiniz qlobal “DarkNet” fəaliyyətini davam etdirir. Müxtəlif dövlətlərin kəşfiyyat xidmətləri NATO ölkələrinin Ukraynaya tədarük etdiyi silahların təkrar ixracı üçün “DarkNet”dən istifadəni qeydə alıb. Heç kimə sirr deyil ki, Ukrayna kəşfiyyatına ABŞ və bir sıra Avropa ölkələrinin kəşfiyyat xidmətləri kömək edir, onların köməyi ilə qatil hədəfi - generalı izləyə bilib. Qarşılıqlı əlaqə mümkün qədər yaxındır - Qərb kəşfiyyat xidmətlərinin əməkdaşları fiziki olaraq Kiyevdə yerləşir, nəinki ukraynalı həmkarlarına məsləhət verir, əslində gizli əməliyyat nəzarətini həyata keçirirlər. Onların ixtiyarında ABŞ peykində olan məlumatlar var. Qeyd etmək yerinə düşərdi: Moskvada terror aktını törədənlərə hətta birbaşa bir insanı güllələmək və öz həyatlarını riskə atmaq da lazım olmur. Əgər onlar vəd etdikləri məbləğin ödəniləcəyinə və Avropaya aparılacağına, orada saxta pasport və vətəndaşlıq veriləcəyinə inanırlarsa, bu cür personajların həm də axmaqlığı diqqəti cəlb edir. Tam axmaq olmalısan ki, bir şeyi dərk etməyəsən: icraçı xərclənə bilər. Tapşırığı yerinə yetirdikdən sonra ona ehtiyac qalmır. İndiki şəraitdə isə mümkün həbs və ifadə vermə təhlükəsi qarşısında onun barəsində hökm verilməsinin belə mənası yoxdur. Əksinə, o, Rusiya xüsusi xidmət orqanlarına nə qədər çox məlumat versə, terror aktını təşkil edənlərin reklamı bir o qədər çox olacaq”.

24 Dekabr 2024 Ermənistanın yerlə-yeksan etdiyi ərazidə yeni həyat qururuq
23 Dekabr 2024 İçkili halda taksiyə oturmaq istədi, yıxıldı - Foto
23 Dekabr 2024 “Saloğlu”da mebellər fabrik qiymətinə! - Video
23 Dekabr 2024 Bu da 1 milyonluq sual - İştirakçı cavab verə bilmədi - FOTO
23 Dekabr 2024 Prezident təsdiqlədi: onlara 6 min manat ödəniləcək
23 Dekabr 2024 Dini portal təqdim edildi - AMİN
23 Dekabr 2024 Ermənistanla bağlı 1919-cu il planı gerçəkləşir
23 Dekabr 2024 Bu həftə 7 gün iş olacaq
23 Dekabr 2024 Əlinin qapanı və Avropadakı “söyüşçü”lərin Bakıdakı sədası
20 Dekabr 2024 İŞİD lideri öldürüldü
20 Dekabr 2024 Ermənistan-Rusiya ticarət dövriyyəsi iki dəfə artdı
20 Dekabr 2024 İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi
20 Dekabr 2024 İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!
20 Dekabr 2024 Prezidentdən Qulu Məhərrəmli ilə bağlı sərəncam
20 Dekabr 2024 Özünü səfir kimi yox, səfil kimi aparmağa başlayıb - Novruzov
20 Dekabr 2024 Cənubi Koreya prezidenti dindirilməyə çağırıldı
20 Dekabr 2024 Yeni ildə yanğın təhlükəsizliyi... - FHN-dən müraciət
20 Dekabr 2024 Gözləyirdilər ki, ölkəmizi Yaxın Şərqin xaosuna qərq edəcəklər
20 Dekabr 2024 MM-də təklif: Prezidentə bu səlahiyyət verilsin!
20 Dekabr 2024 İki uşağı olanlar hərbi xidmətə çağırılmamalıdır - Deputat
20 Dekabr 2024 Avropada "söyüşçülər"ə qarşı araşdırma: Bakıya verilirlər?
19 Dekabr 2024 Suriya ilə bağlı bu məsələdə güzəştə getməyəcəyik - Ərdoğan
18 Dekabr 2024 Südə qatıb için - Möcüzəvi qarışımın inanılmaz faydaları
18 Dekabr 2024 ABŞ Rusiyada üç şirkətə sanksiya tətbiq etdi
18 Dekabr 2024 Paşinyan Azərbaycanla bağlı deyir ki... - Lavrina
18 Dekabr 2024 Netanyahu Qahirəyə gedir: Mühüm razılaşma olacaq
18 Dekabr 2024 Hakan Fidan misirli həmkarı ilə Qahirədə görüşdü
18 Dekabr 2024 Gerasimov: Bu böhran böyük müharibəyə çevrilə bilər
18 Dekabr 2024 Prezident Fransa ilə bağlı maraqlı faktı açıqladı: Atam da, mən də...
18 Dekabr 2024 Bir miqrantın generalı rahatlıqıa öldürə bilməsi… - Ekspert