Bəzi səfirlər Azərbaycanda diplomatik yox, siyasi faəliyyətə başlayıblar.
Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.
“Hesab edirəm ki, bunlara qarşı Xarici İşlər Nazirliyi tərəfindən addımlar atılır. Daha da ciddi tədbirlər görülməlidir. Fransa səfiri özünü səfir kimi yox, səfil kimi aparmağa başlayıb. Azərbaycan təhlükəsizlkik adasıdır. Bu adanı hamımız qorumalyıq”, - deputat qeyd edib.