Son xəbərlər

 

Fövqəladə Hallar Nazirliyi (FHN) yeni ildə yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

 

Axar.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bayramda insanların bəzədilmiş küknar ağacı ətrafında kütləvi şəkildə toplaşaraq keçirdikləri tədbirlər həm də yanğın təhlükəsini yaradır. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq, bəzi vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması sonda əziz bayramın faciəyə çevrilməsinə şərait yaradır.

Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən yeni il şənliklərinin keçirildiyi məkanların rəhbərlərinə bir daha müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır:

- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

- ağac tezalışan oyuncaqla bəzədilməməli;

- qapalı məkanda atəşfəşanlıq edilməməlidir.

Bundan başqa, bayram şənliyində aşağıdakılar nəzərə alınmalıdır:

- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

- pəncərədə dəmir barmaqlıq olmamalı;

- məkanın iki çıxışı olmalı;

- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi olmalı;

- ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;

- təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;

- otağın qapıları mütləq bayıra açılmalı;

- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

- şənlikdə işıq tam söndürülməməli;

- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

"Qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır. Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər.

Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək və tədbirlərin keçirilməsini Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırmaq tələb olunur. Obyekt rəhbərləri Xidmətə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər", - məlumatda bildirilib.

24 Dekabr 2024 Ermənistanın yerlə-yeksan etdiyi ərazidə yeni həyat qururuq
23 Dekabr 2024 İçkili halda taksiyə oturmaq istədi, yıxıldı - Foto
23 Dekabr 2024 “Saloğlu”da mebellər fabrik qiymətinə! - Video
23 Dekabr 2024 Bu da 1 milyonluq sual - İştirakçı cavab verə bilmədi - FOTO
23 Dekabr 2024 Prezident təsdiqlədi: onlara 6 min manat ödəniləcək
23 Dekabr 2024 Dini portal təqdim edildi - AMİN
23 Dekabr 2024 Ermənistanla bağlı 1919-cu il planı gerçəkləşir
23 Dekabr 2024 Bu həftə 7 gün iş olacaq
23 Dekabr 2024 Əlinin qapanı və Avropadakı “söyüşçü”lərin Bakıdakı sədası
20 Dekabr 2024 İŞİD lideri öldürüldü
20 Dekabr 2024 Ermənistan-Rusiya ticarət dövriyyəsi iki dəfə artdı
20 Dekabr 2024 İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi
20 Dekabr 2024 İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!
20 Dekabr 2024 Generalın qətlində Baydenin oğlunun əli var - Arkov
20 Dekabr 2024 Prezidentdən Qulu Məhərrəmli ilə bağlı sərəncam
20 Dekabr 2024 Özünü səfir kimi yox, səfil kimi aparmağa başlayıb - Novruzov
20 Dekabr 2024 Cənubi Koreya prezidenti dindirilməyə çağırıldı
20 Dekabr 2024 Gözləyirdilər ki, ölkəmizi Yaxın Şərqin xaosuna qərq edəcəklər
20 Dekabr 2024 MM-də təklif: Prezidentə bu səlahiyyət verilsin!
20 Dekabr 2024 İki uşağı olanlar hərbi xidmətə çağırılmamalıdır - Deputat
20 Dekabr 2024 Avropada "söyüşçülər"ə qarşı araşdırma: Bakıya verilirlər?
19 Dekabr 2024 Suriya ilə bağlı bu məsələdə güzəştə getməyəcəyik - Ərdoğan
18 Dekabr 2024 Südə qatıb için - Möcüzəvi qarışımın inanılmaz faydaları
18 Dekabr 2024 ABŞ Rusiyada üç şirkətə sanksiya tətbiq etdi
18 Dekabr 2024 Paşinyan Azərbaycanla bağlı deyir ki... - Lavrina
18 Dekabr 2024 Netanyahu Qahirəyə gedir: Mühüm razılaşma olacaq
18 Dekabr 2024 Hakan Fidan misirli həmkarı ilə Qahirədə görüşdü
18 Dekabr 2024 Gerasimov: Bu böhran böyük müharibəyə çevrilə bilər
18 Dekabr 2024 Prezident Fransa ilə bağlı maraqlı faktı açıqladı: Atam da, mən də...
18 Dekabr 2024 Bir miqrantın generalı rahatlıqıa öldürə bilməsi… - Ekspert