Cəlilinin hakimiyyətə gəlməsi böyük etirazlara səbəb ola bilər.

Çünki xalqın böyük əksəriyyəti islahat istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında güneyli jurnalist Məsud Haray İranda bu gün keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı danışarkən deyib.

Güneyli jurnalist İrana ABŞ və AB tərəfindən böyük təzyiqlər olduğunu xatırladaraq, Qərb ölkələri ilə əlaqələrin normallaşdırılmasının rejimin ömrünü uzada biləcəyini bildirib:

“Elə bu səbəbdən Pezeşkianın seçilməsi məntiqlidir. Pezeşkianın rəqibi Səid Cəlilini Rusiya və Çin dəstəkləyir. Daxildə isə Cəlili farsların çoxluq təşkil etdiyi İran vilayətlərində daha çox ön plana çıxır. Qeyri-farslar yaşayan vilayətlərdə Pezeşkian liderdir. Buna görə də Cəlilinin hakimiyyətə gəlməsi böyük etirazlara səbəb ola bilər. Çünki xalqın böyük əksəriyyəti islahat istəyir”.

O, Pezeşkianın seçkilərdə iştirakına icazə verilməsini hakimiyyətlə xalq arasında yaranan uçurumun qarşısını almaq və seçici fəallığını artırmaq üçün atılan addım kimi dəyərləndirir:

“Pezeşkian özü də qeyd edib ki, seçkilərdə iştirakının təsdiqlənməsi onun özünü də təəccübləndirib. Bu, ona işarədir ki, beş mühafizəkarın yanında bir islahatçının olması onlar üçün faydalıdır. Onun türk olması da əsas səbəblərdəndir. Hər nə qədər Pezeşkianın “mən türkəm” deməsi Xameneini qıcıqlandırsa da, hakimiyyət yaxşı bilir ki, türklər İran əhalisinin böyük əksəriyyətini təşkil edir. Bu səbəbdən Pezeşkianın seçkilərdə iştirakı seçici fəallığına bilavasitə təsir edir. Onun seçilməsi isə türklərin hakimiyyətə sadiqliyinə gətirib çıxaracaq. Xamenei məhz buna görə Pezeşkianı meydana buraxıb. O, həm özünə məşruiyyət qazandırmağı, həm də rejimin ömrünü uzatmağı düşünür”, - o bildirib.

Qeyd edək ki, bu gün İranda keçirilən prezident seçkilərinin ikinci turunda islahatçı, azərbaycanlı Məsud Pezeşkian və Xameneinin TŞ-dəki nümayəndəsi Səid Cəlili mübarizə aparır.

05 Oktyabr 2024 Antonio Quterreş Rusiyaya gəlir
05 Oktyabr 2024 Leyla Əliyeva bu filmlə bağlı paylaşım etdi - Video
05 Oktyabr 2024 Bayden səhv edir: İranda bu obyektlər vurulmalıdır!
05 Oktyabr 2024 Prezidentdən Sabir Hacıyevlə bağlı sərəncam
05 Oktyabr 2024 Bu tələbələrə Prezident təqaüdü veriləcək
05 Oktyabr 2024 Qazlı içkilər hansı xəstəliklərə səbəb olur? – Həkimlər həyəcan təbili çalır
05 Oktyabr 2024 Oktyabrda hansı tərəvəz və meyvələri yeməliyik?
05 Oktyabr 2024 ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib?
05 Oktyabr 2024 Müəllimlərin gənc nəslin təlim-tərbiyəsində rolu...
04 Oktyabr 2024 Hizbullaha sürprizlər hazırlanır – Qallant
04 Oktyabr 2024 İran ən ağır ssenariyə hazırlaşır: Xamenei öldürülərsə…
04 Oktyabr 2024 Məktəblərdə yığılan pul kimin cibinə gedir?
04 Oktyabr 2024 AB Tiflislə yüksək səviyyəli görüşləri dayandırır
04 Oktyabr 2024 1970-ci il. Cəbrayıl rayonu işğaldan öncə... - Video
04 Oktyabr 2024 Həsən Nəsrullah gizli şəkildə dəfn edildi
04 Oktyabr 2024 Sanksiya tətbiq edir, sonra deyir ki, dostluğu möhkəmləndirək...
04 Oktyabr 2024 Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! - Əliyev
04 Oktyabr 2024 Sərkisyana bəraət verən hakim işdən qovuldu
04 Oktyabr 2024 Putin doğum günündə onlarla görüşəcək
04 Oktyabr 2024 Bu məqalənin müəllifi Əli Kərimli deyilmiş - Foto
03 Oktyabr 2024 İlham Əliyev elə bir siyasətçidir ki… - Şahnazarov
03 Oktyabr 2024 F-16-lar rus qırıcılarına tab gətirməyəcək - Devis
03 Oktyabr 2024 Adil Kərimli Ağcabədidə 5 rayonun sakinləri ilə görüşəcək
03 Oktyabr 2024 AŞPA Qolodomoru soyqırım kimi tanıdı
03 Oktyabr 2024 Britaniya bu adaları itirdi
03 Oktyabr 2024 Azərbaycan rusiyalı diplomata qarşı təxribatın qarşısını alıb
03 Oktyabr 2024 Oktyabrın 3-ü Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür
03 Oktyabr 2024 Quranı yandıran rusiyalı dövlətə xəyanətdə ittiham olundu
03 Oktyabr 2024 “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış - Video
03 Oktyabr 2024 Qardaşım İlham Heydəroviç bilməlidir ki... - Lukaşenko