Son xəbərlər

 

Müəllim hazırlığı belə olmamalıdır. Kimə gəldi “müəllim” deyirlər.

Kollec bitirən, pulla diplom alan müəllim olur. Müəllim yetirşdirmək üçün fakültələr olmalıdır. Orada pedaqoqlar işləməlidir.

Bu sözləri Axar.az-a keçmiş təhsil naziri Firudin Cəlilov müəllimlərin cavablandıra bilmədiyi bəsit sualların ictimailəşdirilməsi ilə bağlı yaranan narazılığa münasibət bildirərkən deyib.

O bildirib ki, bu sualların ictimailəşdirilməsinə iradı yoxdur, lakin sualların tərtibi düz deyil:

“Bu sualları ictimailəşdirməkləri səhv addım deyil, biabırçılığı açmaq lazımdır. Bu məsələdə Təhsil Nazirliyinə iradım yoxdur. Açıb qoyur ortaya ki, budur və bunlarla təhsili necə irəli aparsınlar? Amma bu müəllimləri kim hazırlayır, məsələ bundadır”.

Cəlilovun sözlərinə görə, problem müəllim hazırlığının düzgün formalaşmamasındadır:

“Mən hələ o vaxt Pedaqoji Akademiya yaratmaq istəyirdim ki, müəllimlər orada hazırlansın. Müəllimlik özəl bir sənətdir. Hər adamdan müəllim olmaz. BDU və APU-da filologiya ixtisası var. Baxmayaraq ki, BDU-da dərs deyən müəllimlər daha tanınmış mütəxəssislərdir, tələbələri daha hazırlıqlı olur, amma buranı bitirənlərin çoxu zəif müəllim olur. Amma Pedoqoji Universitetdə oxuyanlar zəif filoloq olsa da, yaxşı müəllim kimi yetişdirilir. Çünki burada pedaqoji təhsil verirlər. Müəllimlər məktəbdə dərəcə almalıdılar. Bu dərəcələrə görə də onlara maaş verilməlidir. Dərəcəni isə nə nazirlik, nə də hansısa komissiya yox, kollektiv özü verməlidir. Belə olanda müəllim çalışır ki, öz üzərində işləsin. Bizim bu sistemdə müəllimin öz üzərində çalışmaq anlayışı yoxdur. Formal olaraq müəllimləri hazırlayan kurslar var. Bu gün müəllimin rəzil günə düşməsində müəllim hazırlayan təhsil ocaqları günahkardır”.

Təhsil üzrə ekspert Elçin Əfəndi isə bildirib ki, bu addım müəllimlərin nüfuzdan və gözdən salınmasına yönəldilməyib:

“4 min nəfərə yaxın müəllim müsabiqə şərtini ödəməyib. Bu şəxslərin konkret adları açıqlansa idi, o zaman nazirliyin bu addımı düzgün olmazdı. Faktiki olaraq elementar səviyyədə olan sualın cavabını müəllim yaza bilməyib. Bu addım müəllimlərin nüfuzdan və gözdən salınması üçün atılmayıb. Şərti ödəyə bilməyən müəllimlər sabah qərəzli danışmasın, bu qədər insanın niyə kəsildiyi əyani şəkildə cəmiyyət üçün aydın olsun deyə, bu sualların yayılması lazımdır. Bunu müsbət qiymətləndirirəm.

Adama təsir edən budur ki, ən primitiv sualların cavabını bilmədən necə dərs demək olar?”

24 İyun 2024 İlham Əliyev Putinə başsağlığı verdi
24 İyun 2024 Əliyev Dağıstan rəhbərinə başsağlığı verdi
24 İyun 2024 Bu maşınlara şəhadətnamələr yeni formada verilir
23 İyun 2024 Körpələrə 4 aylıqdan etibarən bu qida verilməlidir
23 İyun 2024 Qarpızı kəsəndə bu baş verirsə... - Zəhərlidir, yeməyin
23 İyun 2024 NATO müdafiə xərclərini artırmalıdır - Karis
23 İyun 2024 Daha bir ölkə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayır
23 İyun 2024 Sevastopolda matəm elan edildi
23 İyun 2024 Sevastopola hücuma görə ABŞ məsuliyyət daşıyır - MN
23 İyun 2024 Nikolun sərhəd təklifi: AB-dən dərhal dəstək gəldi
23 İyun 2024 Azərbaycana qar yağdı – Faktiki hava
22 İyun 2024 Fillər insanlar kimi bir-birlərini adla çağırırlar - ARAŞDIRMA
22 İyun 2024 "Tarqovu"da qəribə görüntü - VİDEO
22 İyun 2024 Məzun olan daha bir qızın VİDEOsu müzakirə yaratdı
22 İyun 2024 "Rembo"nun saatı üçün milyonlarından keçdilər
22 İyun 2024 Bu qidalardan gündə bir ovuc yesəniz…
22 İyun 2024 Rəhman Məmmədov vəzifəsindən azad edildi
22 İyun 2024 Dünənki sertifikasiya imtahanında kəsilənlərin sayı...
21 İyun 2024 Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi
21 İyun 2024 Fransa səfirliyi də Azərbaycana başsağlığı verdi
21 İyun 2024 Bu içkilər dərini qurudur - XƏBƏRDARLIQ
21 İyun 2024 Ukraynanın gələcəyi NATO-dadır - Miller
21 İyun 2024 Kadırov oğlunu yetkinlik yaşına çatmayan qızla evləndirdi
21 İyun 2024 Şaftalının orqanizmə saymaqla bitməyən faydaları
21 İyun 2024 COP29-un uğurla nəticələnməsi üçün... - Blinken
20 İyun 2024 Uşaq geyimləri niyə bahadır? - VİDEO
20 İyun 2024 Hakan Fidan pakistanlı həmkarı ilə nələri müzakirə etdi?
20 İyun 2024 Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
20 İyun 2024 1000 zəvvar öldü: Allah onları niyə qorumadı?
20 İyun 2024 Həcc ziyarəti zamanı ölənlərin sayı 1000-i ötdü