Son xəbərlər

 

Xəbər verdiyimiz kimi iyunun 8-də Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun qəfil halı pisləşib.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq uşağın həyatını xilas etmək olmayıb. 
 
Hadisədən sonra uşağın valideynləri iddia ediblər ki, uşaq çipsdən zəhərlənərək həyatını itirib. Lakin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında bu iddianı rədd edib. Bildirilib ki, Turquta ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. 
 
Elə isə çips ürək çatışmazlığına səbəb ola bilərmi?
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, suala tanınmış həkim Abbas Bağırov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, böyüklər üçün "ağız dadı" hesab edilən, uşaqlar üçün  cazibəli qida kimi görünən çips can sağlığına önəmli dərəcədə ziyan vuran bir məhsuldur:
 
"Dünyanın inkişaf etmiş ölkələrində sağlamlıq üçün təhdid yaratdığına görə mütəxəssislər və alimlər tərəfindən çipsin istehlakına və istehsalına qadağa qoyulmasının zaman-zaman gündəmə gətirirlər. Çünki çipsin içərisində ciddi zərərli maddələr var.  
 
Karbohidratla zəngin olduğundan qanda insulinin səviyyəsinə və davamlı aclıq hissinin itməməsinə səbəb olmaqla kökələməyə - artıq çəkiyə, ürək-damar xəstəliklərinə, infarkt, xərçəng kimi xəstəliklərə yola açır. Azyaşlıların və yeniyetmələrin müvafiq şikayət müraciətinin statistikasına baxdıqda görürük ki, mədə-bağırsaq xəstəliklərinin 75%-dən yuxarısı davamlı çipslə qidalanan uşaqlarda qeydə alınır.
 
Çipsin içərisindəki duzun, karbohidratın və yağın miqdarı azyaşlıların metabolizm aktının sürət və zamanına müvafiq deyil. Odur ki, çipsin istifadəsi təhlükə yaradır. Hamilə qadınların çipsdən çox istifadə etməsi döldə bətndaxili inkişaf pozulmalarına səbəb olur.  
 
Nəzərə alaq ki, çips hazırlanarkən kartof məhsulları 120 dərəcədən yuxarı temperatura məruz qalır. Bu vəziyyətdə isə akrilamidlərin əmələgəlmə prosesi qaçılmazdır. 
 
Çünki bu maddə orqanizm üçün çox ciddi həyati təhlükə yaradır. Çipsin içərisinə qatılmış trans yağlar özləri də infarkt və bütün növ damar tıxanmaları yaradan amildir. Bu cür yağlar depressiyaların əmələ gəlməsinə, yaddaş pozulmalarına təkan verən faktorlardır. Trans yağlar diabetin yaranmasına şərait yaradan ən güclü səbəblərdən biri kimi izlənilir. Həmçinin sonsuzluq, qaraciyər pozulmaları, Alzhaymer, Parkinson xəstəlikləri də bu cür trans yağların təsirindən sürətlə inkişaf etməyə başlayırlar. 
 
Abbas Bağırov onu da qeyd edib ki, çips zərərli xolesterin səviyyəsini artırmaqla damar xəstəliklərinin də artmasına zəmin yaradır, ürək krizlərini ikiqat çoxaldır: 
 
"Çipsin davamlı istifadəsindən patoloji kökəlmə, bədən ph-nın pozulması, xolesterolun yüksəlməsi, ürək infarktı riskinin çoxalması, şəkərli diabet, mədə-bağırsaq kimi patoloji hallar yaradır. 
 
Bu pozuntular hər biri ölümə aparan yollardır. Çips normal qablaşmada, normal şəraitdə, optimal temperaturda saxlanılırsa, ondan həftədə bir dəfə istifadə edilə bilər. Azyaşlılara çips kalorisi və tərkibi yaşa uyğun hesablanıb, verilməlidir. Ən əsası paketlərin üzərində təlimatlandırıcı qeydlər olmalıdır".

24 İyun 2024 İlham Əliyev Putinə başsağlığı verdi
24 İyun 2024 Əliyev Dağıstan rəhbərinə başsağlığı verdi
24 İyun 2024 Bu maşınlara şəhadətnamələr yeni formada verilir
23 İyun 2024 Körpələrə 4 aylıqdan etibarən bu qida verilməlidir
23 İyun 2024 Qarpızı kəsəndə bu baş verirsə... - Zəhərlidir, yeməyin
23 İyun 2024 NATO müdafiə xərclərini artırmalıdır - Karis
23 İyun 2024 Daha bir ölkə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayır
23 İyun 2024 Sevastopolda matəm elan edildi
23 İyun 2024 Sevastopola hücuma görə ABŞ məsuliyyət daşıyır - MN
23 İyun 2024 Nikolun sərhəd təklifi: AB-dən dərhal dəstək gəldi
23 İyun 2024 Azərbaycana qar yağdı – Faktiki hava
22 İyun 2024 Fillər insanlar kimi bir-birlərini adla çağırırlar - ARAŞDIRMA
22 İyun 2024 "Tarqovu"da qəribə görüntü - VİDEO
22 İyun 2024 Məzun olan daha bir qızın VİDEOsu müzakirə yaratdı
22 İyun 2024 "Rembo"nun saatı üçün milyonlarından keçdilər
22 İyun 2024 Bu qidalardan gündə bir ovuc yesəniz…
22 İyun 2024 Rəhman Məmmədov vəzifəsindən azad edildi
22 İyun 2024 Dünənki sertifikasiya imtahanında kəsilənlərin sayı...
21 İyun 2024 Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi
21 İyun 2024 Fransa səfirliyi də Azərbaycana başsağlığı verdi
21 İyun 2024 Bu içkilər dərini qurudur - XƏBƏRDARLIQ
21 İyun 2024 Ukraynanın gələcəyi NATO-dadır - Miller
21 İyun 2024 Kadırov oğlunu yetkinlik yaşına çatmayan qızla evləndirdi
21 İyun 2024 Şaftalının orqanizmə saymaqla bitməyən faydaları
21 İyun 2024 COP29-un uğurla nəticələnməsi üçün... - Blinken
20 İyun 2024 Uşaq geyimləri niyə bahadır? - VİDEO
20 İyun 2024 Hakan Fidan pakistanlı həmkarı ilə nələri müzakirə etdi?
20 İyun 2024 Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
20 İyun 2024 1000 zəvvar öldü: Allah onları niyə qorumadı?
20 İyun 2024 Həcc ziyarəti zamanı ölənlərin sayı 1000-i ötdü