Son xəbərlər

 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə orenburqlu ailənin başına gəlib.

Nənəsinin yanında tətildə olan 12 yaşlı uşaq ayağını ehtiyatsızlıqdan mismarlı taxtanın üstünə basıb. Qadın nəvəsinin yarasını təmizləsə də, zədəsi ciddi görünmədiyi üçün xəstəxanaya müraciət etməyib. Bir həftə sonra ayaqda ağrıların davam etdiyini görən ailə xəstəxanaya müraciət edib. Həkimlər bütün lazımi işləri görsələr də, uşağın ayağında ağrılar davam edib. Nəhayət, ailə Ufaya yollanıb.

Sonradan məlum olub ki, həkimlər ayağın sfenoid sümüyünün içinə girən tilişkəni çıxarmayıblar. Sonrakı iki əməliyyat da uşağa kömək etməyib və ayağı irinləməyə başlayıb. Həkimlər sümüklərin məhvinə gətirən xroniki osteomielit diaqnozu qoyublar.

Ana oğlu ilə birlikdə Moskvaya yollanıb. Orada tilişkə çıxarılıb. Bu zaman kokkal infeksiya aşkar edilib. Bir neçə əməliyyat keçirən həkimlər ona süni sümük yerləşdirməyi planlaşdırırlar.

"İndi implant yerləşdirə bilmirlər, çünki ayaq hələ də böyüyür. Həm də onu iki mərhələdə quraşdırmaq lazımdır. Sadə dillə desək, hələ çox işimiz var", - deyə uşağın anası bildirib.

Qadın məhkəməyə getməyi planlaşdırır, çünki o əmindir ki, Ufadakı həkimlər tilişkəni vaxtında çıxarsaydılar, osteomielit inkişaf etməzdi.
Hazırda oğlan əlil arabasından istifadə edir və təhsilini evdə davam etdirir. Uşaq bu vəziyyətlə barışa bilmir.

"Onu çölə çıxarmaq istəsəm də, utanır. Deyir ki, sinif yoldaşlarım mənə necə baxacaq? Amma deyirəm ki, bütün bunlar müvəqqətidir. Axı nə vaxtsa bunların hamısı bitəcək", - deyə ana bildirib.

Qadının sözlərinə görə, o, psixiatra müraciət edib. Mütəxəssis uşaqda çoxsaylı narkoz səbəbindən amneziyanın inkişafı barədə məlumat verib. Hazırda məktəbli baş verənləri, deyilənləri yadında saxlaya bilmir. Bundan əlavə, uşağın saçları ağarmağa başlayıb.

20 May 2024 “Bazarstore” “Qızıl Şah”ın rəsmi tərəfdaşı oldu - Fotolar
20 May 2024 “YAŞAT” daha bir qazimizə dəstək oldu - Video
20 May 2024 Əli Kərimli satqınlığın və xəyanətin simvoluna çevrilib ANALİZ
20 May 2024 “Əli Kərimli səsləndirdiyi fikirləri ilə oyununu qurmağa çalışır” - POLİTOLOQ FİKİR BİLDİRDİ
20 May 2024 Zərifdən qəzaya şok reaksiya: Günahkar bu ölkədir!
20 May 2024 Havalar istiləşirmi? - Rəsmi
20 May 2024 Məhkəmə: Nəcməddin Sadıqov tələb qoymuşdu ki…
20 May 2024 Edqars Rinkeviçs Azərbaycana gələcək
20 May 2024 Rəisinin ölümü: "Qurdlar Vadisi"ndə qəza səhnəsi... - Video
20 May 2024 İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verdi
20 May 2024 Abdullahian ölümündən dəqiqələr öncə... - Son fotosu
20 May 2024 İranda Rəisinin yası: Hamı ağlayır... - Video
20 May 2024 Bakıda İran bayrağı endirildi - Foto
20 May 2024 Rəisinin ötən gün sərhəddə dediyi tarixi sözləri və dəhliz...
20 May 2024 Gürcüstandan gətirilən toyuq əti yararsız çıxdı
20 May 2024 Lukaşenko Rəisi haqqında nələr dedi?
20 May 2024 Kaledoniyada iğtişaşlar: Makron iclas keçirəcək
19 May 2024 Məşhur serialın aktrisası polis tərəfindən saxlanıldı
19 May 2024 Buddizm və süni intellekt arasında əlaqələr araşdırılacaq
19 May 2024 Vacib faylları uzun müddət fləşkartda saxlamayın – SƏBƏB
19 May 2024 İran və Azərbaycan güclü siyasi iradə göstərir - Əliyev
19 May 2024 Bu bölgələr yaşıl enerji zonaları elan edilib - Əliyev
19 May 2024 İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev
19 May 2024 Əliyev Rəisi ilə görüşdə: Bu ölkələr işimizə qarışa bilməz!
19 May 2024 İran-Azərbaycan qardaşlığı önəmli amildir – İlham Əliyev
19 May 2024 Kivini qabığı ilə yesək nə olar?
19 May 2024 Tağı Əhmədovun əlil arabasında son halı - Foto
19 May 2024 Blinken yalan danışır: taktiki əməliyyatlara baxın - Polkovnik
19 May 2024 Qırğızıstan DİN-dən vətəndaşlarına xəbərdarlıq
18 May 2024 Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək