Son xəbərlər

 

19 apreldə Azərbaycanla Ermənistan arasında delimitasiya barədə razılıq və Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün qaytarılması qərarını dünyanın bir çox ölkəsi alqışlasa da, İrəvanın son illər əsas siyasi dəstəkçisi olan Fransa hələ də inadla susmaqdadır.

 

Axar.az xəbər verir ki, ötən gün Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin bu mövzuda danışması “Fransanın ilk reaksiyası” kimi təqdim edilib.

Dekottini “Azadlıq” radiosuna bildirib ki, Ermənistan Almatı Bəyannaməsi əsasında müəyyən güzəştlərə getməyə hazır olduğunu bildirib.

“Demarkasiyanın başlaması yaxşıdır. Almatı Bəyannaməsi əsasında başlaması daha yaxşıdır. Bu, əlbəttə ki, davam etdirilməli olan müsbət bir inkişafdır. Ermənistan Almatı Bəyannaməsi əsasında müəyyən güzəştlərə getməyə hazır olduğunu bildirib və biz Azərbaycanın da güzəştə gedəcəyini gözləyirik. Hazırda Azərbaycan Ermənistan ərazisinin böyük hissəsini işğal edib (? – red.) və o, həmin əraziləri tərk etməlidir. Fransanın baş naziri bu yaxınlarda bunu xatırladıb. Beləliklə, biz hesab edirik ki, bu, davam etdirilməli olan yaxşı inkişafdır”, - səfir bildirib.

O, həmçinin deyib ki, bir yerdən başlamaq lazımdır:

“Hardansa başlamaq və danışıqlar yolu ilə demarkasiya aparmaq lazımdır. Tavuş yaxşı başlanğıc nöqtəsidir. Və biz səbirsizliklə demarkasiyanın Azərbaycan və Ermənistanın Praqa Bəyannaməsində razılaşdıqları prinsiplər çərçivəsində davam etməsini gözləyirik. Bu, keçmiş sovet respublikalarının beynəlxalq sərhədlərini müəyyən edən Almatı Bəyannaməsidir və tərəflər bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edir və tanıyır”.

Qeyd edək ki, Fransa səfirinin “Ermənistan güzəşt edib” sözləri ənənəvi olaraq Parisin bu nizamlamada tutduğu qərəzli və birtərəfli mövqeyin təzahürüdür. Ermənistan güzəştə getməyib, Azərbaycanın hələ də işğal altında saxladığı 8 kəndindən 4-nü qaytarmağa razılaşıb.

Azərbaycanın “Ermənistan ərazisini işğalda saxlaması” barədə Dekottininin iddialarına gəlincə, bu, revanşistlərə dolayı dəstək ifadə edən və qızışdırıcılıq məqsədi daşıyan ifadədir.

Qeyd edək ki, Dekottini Fransanın Bakıdakı səfirinin “harada olması” sualına cavabında da “Şuşidə deyil” deyib. Şuşanı “Şuşi” adlandıran, dolayısı ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinə erməni revanşistlərin iddiasını dəstəkləyən bir dövlətin “Azərbaycan güzəşt etməlidir”, “Azərbaycan işğal edib” kimi ifadələrinin hansı anlama gəldiyi və Fransanın mahiyyəti artıq tam bəllidir.

20 May 2024 Kaledoniyada iğtişaşlar: Makron iclas keçirəcək
19 May 2024 Məşhur serialın aktrisası polis tərəfindən saxlanıldı
19 May 2024 Buddizm və süni intellekt arasında əlaqələr araşdırılacaq
19 May 2024 Vacib faylları uzun müddət fləşkartda saxlamayın – SƏBƏB
19 May 2024 İran və Azərbaycan güclü siyasi iradə göstərir - Əliyev
19 May 2024 Bu bölgələr yaşıl enerji zonaları elan edilib - Əliyev
19 May 2024 İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev
19 May 2024 Əliyev Rəisi ilə görüşdə: Bu ölkələr işimizə qarışa bilməz!
19 May 2024 İran-Azərbaycan qardaşlığı önəmli amildir – İlham Əliyev
19 May 2024 Kivini qabığı ilə yesək nə olar?
19 May 2024 Tağı Əhmədovun əlil arabasında son halı - Foto
19 May 2024 Blinken yalan danışır: taktiki əməliyyatlara baxın - Polkovnik
19 May 2024 Qırğızıstan DİN-dən vətəndaşlarına xəbərdarlıq
18 May 2024 Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
18 May 2024 Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır
17 May 2024 “Laçının 28 illik işğalı dönəmi AXC-Müsavat xəyanətinin nəticəsidir” - ŞƏRH EDİLDİ
17 May 2024 “Əli Kərimli iddia etdiyi kimi ciddi bir siyasət adamıdırsa…” - RƏY BİLDİRİLDİ
17 May 2024 Məşhur aparıcı qızına görə AzTV-dən getdi
17 May 2024 Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov
17 May 2024 Mehdi Xəlilbəyli Bakıda həbs olundu
17 May 2024 Blinken Slovakiya XİN rəhbəri ilə danışdı: Fitsoya hücum...
16 May 2024 Dönər alarkən bunlara diqqət etmək lazımdır
16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video
15 May 2024 Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
15 May 2024 Slovakiya parlamenti Fitsoya görə təcili toplanır