Son xəbərlər

 

Qazax qəzasının əraziləri Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövründən başlayaraq 1929-cu ilə qədər hissə-hissə zor gücü ilə ələ keçirilmişdir.

Həmin proses 1918-ci ildən başlayır. 1918-ci il may ayının 29-da Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı ermənilərə güzəşt etməsi ilə bağlı daha bir məsələ var. 29 may 1918-ci il tarixli Milli Şuranın 3 saylı protokolunda bu yoxdur. Biz yalnız İrəvanın ermənilərə güzəşt edilməsindən danışırıq. Ancaq 31 iyul 1918-ci il tarixində Fətəli xan Xoyskinin həmin dövrdə Ermənistan respublikasının nümayəndələri ilə sərhəd məsələləri ilə bağlı İstanbulda danışıqlar aparan Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi bir depeşedə (sürətli diplomatik məktub) belə deyilir: "...İstədiyiniz xəritələri hər biri bir nüsxə olmaqla sizə göndərirəm, Azərbaycanın sərhədlərini hər cür müdafiə etməlisiniz; əgər ermənilər Qarabağa iddia etsələr, İrəvanı və Qazax rayonunun bir hissəsini onlara verməkdən imtina edin, lakin əgər ermənilər şifahi razılaşmaya sadiq qalsalar, hətta xəritədə nöqtəli xətt ilə göstərilən İrəvan rayonu hissəni də onlara vermək olar..."

Axar.az xəbər verir ki, bu barədə tarixçi alim Səbuhi Hüseynov məlumat yayıb.

“Depeşedən belə görünür ki, artıq 1918-ci ildə Qazaxın hansısa hissələrinin güzəşt edilməsi planlaşdırılmışdır. Həmin dövrdə Qazax qəzasının cənub sərhədləri Göyçə gölü sahilində olan Çubuqlu kəndinə qədər ərazini əhatə edirdi. Bu ərazilərə indiki Dilican, İcevan (Karvanasara) və digər ərazilər də daxil idi. Bu danışıqlardan sonra rəsmi olaraq hansı ərazinin güzəşt edilməsi dəqiq bilinmir. Çünki bu hadisədən az sonra erməni silahlı qüvvələri Qazax qəzasının bir sıra ərazilərini işğal yolu ilə ələ keçirdi. Çünki bu işğalla bağlı arxivlərdə Azərbaycan Xalq Cümhuriyyəti rəsmilərinin o zaman Ermənistan respublikasının nümayəndələrinə təqdim etdiyi çox sayda notalar da mövcuddur. Təəssüf ki, Fətəli xan Xoyskinin məktubda haqqında söhbət açdığı bu xəritələr hələ ki, Azərbaycan tarixşünaslığında aşkar edilərək elmi tədqiqatlara cəlb edilməyib. Güman edirəm ki, bu xəritələr Türkiyədə olan arxivlərdə ortaya çıxacaq. Çünki rəsmi olaraq sərhəd mübahisələrinin həlli ilə bağlı müzakirə İstanbulda Osmanlı məmurlarının iştirakı ilə keçirdi”, - alim qeyd edib.

S.Hüseynov məktubun əslinin saxlanıldığı yeri də əlavə edib:

“Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi, f. 277, siy. 2, iş. 7, v. 37-38. Аvtoqraf. Məktubun mətni üçün bax: Азербайджанская Демократическая Республика. Внешняя политика. (Документы и материалы) — Баку, издательство "Азербайджан" 1998. c. 33-34”.

17 May 2024 “Laçının 28 illik işğalı dönəmi AXC-Müsavat xəyanətinin nəticəsidir” - ŞƏRH EDİLDİ
17 May 2024 “Əli Kərimli iddia etdiyi kimi ciddi bir siyasət adamıdırsa…” - RƏY BİLDİRİLDİ
17 May 2024 Məşhur aparıcı qızına görə AzTV-dən getdi
17 May 2024 Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov
17 May 2024 Mehdi Xəlilbəyli Bakıda həbs olundu
17 May 2024 Blinken Slovakiya XİN rəhbəri ilə danışdı: Fitsoya hücum...
16 May 2024 Dönər alarkən bunlara diqqət etmək lazımdır
16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video
15 May 2024 Fitsonun güllələnməsi görünməmiş təhlükədir - Pelleqrini
15 May 2024 Slovakiya parlamenti Fitsoya görə təcili toplanır
15 May 2024 Elşad Miri: “Allahın olmadığına inanmaq...”
15 May 2024 Paytaxtda sürücü atı maşının arxasına bağlayıb yol boyu apardı - VİDEO
15 May 2024 Qərbin “qorxduğu” Belousov buna görə gətirildi - Teleqraf
15 May 2024 Rus general Xocalıda danışdı: Hədəfə çatdıq!
15 May 2024 Samir Nuriyev İqor Petrişenko ilə görüşdü
15 May 2024 İsrail Qəzzadan sonra bura göz dikəcək – Ərdoğandan şok
15 May 2024 ABŞ-ın “yaşıl” oyunu: elektromobilləri ikiqat bahalaşdırdı
15 May 2024 Bu, Azərbaycanın tələbi deyil - Zaxarova
15 May 2024 Kərim Vəliyev rus sülhməramlılara təşəkkür etdi
15 May 2024 Gürcü, erməni etiraz edir: Bəs, biz niyə etmirik?
15 May 2024 Putin Qarabağa göndərdiyi generalı təltif etdi
15 May 2024 Zəngəzur üçün nümunə: “Kalininqrad modeli” nədir?
15 May 2024 "Aparıcıların IQ-sü yoxdur"
15 May 2024 Zelenski iki ölkəyə səfərini ləğv etdi
15 May 2024 Türkiyədə dövlət çevrilişi cəhdi... - Rusiyadan baxış