Onun sözlərinə görə, Hacıbəyli özünü "axırıncı yola" qoyub: "Həqiqətən! Ona görə də ağlına və ağzına gələni danışır. Daha dəqiq desəm, sərsəmləyir və sərsəmlədikcə də batır. Gültəkin indi də Qubad mövzuzu üzərindən boylanmağa, nələrsə deməyə çalışır. Hələ bu da azmış kimi, dairəni öz aləmində daha geniş götürür, ətrafındakı bəzi "bandit" qaraguruhçuları da həmin siyahıya əlavə edərək onlardan "siyasi məhbus" düzəltməyə çalışır".
Deputat sözlərinə davam edərək bildirib ki, hərgah, Gültəkin və ona bənzər bütün riyakarlar, saxtakarlar gecindən də olsa bir reallığı öz yekə qulaqlarından sırğa edib asmalıdırlar: "Azərbaycanda siyasi məhbus yoxdur! Azərbaycanda kimsə siyasi mənsubiyyətinə görə həbs edilmir! Azərbaycanda heç bir siyasi təşkilatın, Partiyanın fəaliyyət göstərməsi üçün məhdudiyyətlər , əngəllər mövcud deyil!"