Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Axar.az təbrikin mətnini təqdim edir:

"Hörmətli həmvətənlər!

Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza səmimi arzu və diləklərimi yetirirəm.

Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, yardımsevərlik və paylaşmaq kimi yüksək əxlaqi dəyərlər aşılayan Ramazan ayı artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda hər bir müsəlman Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanaraq xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının sevincini yaşayır.

Müsəlman dünyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycan yüz illərdir ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır. Etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin, demokratik birgəyaşayışın, vəhdət və harmoniyanın bərqərar olmasında bəşəriyyəti daim sülhə, humanizmə, qardaşlıq və bərabərliyə dəvət edən İslam dini müstəsna rol oynamışdır. Hazırda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.

Əziz bacı və qardaşlarım!

Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, qədirbilən xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir.

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Allah tutduğunuz orucu, dua və niyyətlərinizi qəbul etsin!

Ramazan bayramınız mübarək olsun!"

01 May 2024 Şeyxdən Ermənistana çağırış: Xülyalara aldanıb…
01 May 2024 Lalə Məmmədova şəhid övladları ilə bir arada - Video
01 May 2024 Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - VİDEO
01 May 2024 “Qənimət Zahid yenə sərsəmləyib” - DEPUTAT FİKİR BİLDİRDİ
01 May 2024 "Qanunları pozan hər bir kəs qanun qarşısında cavab verməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ
01 May 2024 Biz imkan verə bilmərik ki... - İlham Əliyev
01 May 2024 Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi
01 May 2024 Bundan sonra siyasi hücumlara məruz qaldıq - Prezident
01 May 2024 Gürcüstanda döyülən müxalifət lideri tanınmaz halda - Foto
01 May 2024 Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov
30 Aprel 2024 İrandan bu məhsulların idxalı dayandırıldı - Rəsmi
30 Aprel 2024 Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov
30 Aprel 2024 İkitərəfli sülh danışıqları töhfə verir - Bayramov
30 Aprel 2024 Mirziyayevi təhqir edən şəxsə hökm oxundu
30 Aprel 2024 Başkəndin İrəvana verilməsi… - Musabəyov “düzəltdi”
30 Aprel 2024 Putinin bu fərmanı “dönüş nöqtəsi” oldu
30 Aprel 2024 Bank şəhid atasını məhkəməyə verdi: Kömək edin!
30 Aprel 2024 Ukrayna Teleqrama məhdudiyyətləri müzakirə edir
30 Aprel 2024 Mask beş gündə qazancı dünyanı şoka saldı
30 Aprel 2024 ADNA terrorundan 15 il ötür...
30 Aprel 2024 Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...
29 Aprel 2024 İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 Aprel 2024 Mehriban Əliyeva Ülviyyə Fətəliyevanı təbrik etdi
29 Aprel 2024 Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - Foto
29 Aprel 2024 Ermənilərlə xaricdəki azərbaycanlı mühacirlər birgə “dostluq” aksiyası keçirdi ANALİZ
29 Aprel 2024 Təşəkkür videosu ilə hamını kövrəltmişdi - Bu dəfə anası danışdı
29 Aprel 2024 Azərbaycanlı aparıcı Azərbaycandan köçdü
29 Aprel 2024 İranda 29 həkim saxta spirtli içkidən zəhərlənib - Ölən var
29 Aprel 2024 Əliyev-Putin görüşünün kadrarxası görüntüləri - Video
29 Aprel 2024 Keçmiş nazir Tbilisidəki aksiyada saxlanıldı - Video