Son xəbərlər

 

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib və şahidlər dindirilib.

 

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin vəkili məhkəməyə Fazil Mustafanın ərizəsini təqdim edib və bildirib ki, müvəkkili ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir.

Daha sonra şahidlərdən əvvəlcə hazırda məhkumluq həyatı yaşayan Xəyyam Musayev ifadə verib:

"Təqsirləndirilən şəxslərdən yalnız Rəşad Əhmədovu tanıyıram. Uşaqlıq dostum olub. Rəşad mənə tapançanı verərək özümdə saxlamağı xahiş etdi, mən də saxladım. Daha sonra məni həbs etdilər. Silahı başqasına 800 manata satdım".

Daha sonra şahid qismində polis əməkdaşları ifadə veriblər. Onlar təqsirləndirilən şəxslərdən yalnız Rəşad Əhmədovu tanıdıqlarını deyiblər. Polis əməkdaşları bildiriblər ki, həmin gün növbətçi hissəyə Rəşad Əhmədovun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və silah gəzdirməsi ilə bağlı məlumat daxil olub. Şahidlərin sözlərinə görə, onu idarəyə aparıb axtarış ediblər və üzərindən metamfetamin aşkarlanıb.

Məhkəmənin növbəti iclası aprelin 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və digər maddələri ilə cinayət işi başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinov həbs ediliblər.

06 May 2024 Şəxsiyyəti müəyyənləşən 4 şəhid dəfn ediləcək
24 Aprel 2024 Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan
20 Aprel 2024 Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...
14 Aprel 2024 Zakir Həsənov İordaniya HHQ komandanı ilə görüşdü
13 Aprel 2024 Hərbçilər Vətəni istənilən təhdiddən qorumağa hazırdır!
09 Aprel 2024 Düşmən yenə Naxçıvanı atəşə tutdu
08 Aprel 2024 Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
30 Mart 2024 Müdafiə naziri göstəriş verdi
30 Mart 2024 Zakir Həsənov müşavirə keçirdi
18 Mart 2024 Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir
06 Mart 2024 Zakir Həsənov Türkiyəyə getdi
01 Mart 2024 İbrahimov onu Sabunçuya rəis təyin etdi
15 Dekabr 2023 Komandolarımız “düşmən” texnikasını pusquya saldı - Video
13 May 2023 Şəhidimizin fotosu yayıldı
25 Yanvar 2023 Üçüncü Dünya Müharibəsi Zəngəzurda başlaya bilər - ŞOK PROQNOZ
29 Noyabr 2022 Qarabağda hücum hazırlanır - Sensasion gəlişmə
29 Noyabr 2022 Ermənistan ordusu böyük itkilər verəcək - Növbəti MÜHARİBƏ RİSKİ ARTIR
28 Noyabr 2022 Mövqelərimiz yenə atəşə tutuldu: sülhməramlılarının yerləşdiyi ərazidən
23 Noyabr 2022 Mövqelərimiz atəşə tutulub
22 Noyabr 2022 Mövqelərimiz 4 istiqamətdə atəşə tutuldu: Sülhməramlıların yerləşdiyi ərazilərdən...
07 Noyabr 2022 Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu
21 Oktyabr 2022 Türkiyə şəhid verdi
09 Oktyabr 2022 Vətən müharibəsi qazisi vəfat etdi
02 Oktyabr 2022 Türkiyə polisi şəhid oldu
30 Sentyabr 2022 Rusiya Zaporojyeni vurdu - Ölən və yaralananlar var
28 Sentyabr 2022 Zəfərə gedən yolun ilk şəhidləri... VİDEO
21 Sentyabr 2022 Laçın istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirildi
20 Sentyabr 2022 Qazimiz dəfn olundu - Foto
18 Sentyabr 2022 Şəhid Yusif Qurbanov dəfn olundu
15 Sentyabr 2022 Azərbaycan və Ermənistan arasında atəşkəs elan olundu