Son xəbərlər

 

 

 

"Cənubi Qafqazda Avropa İttifaqı üçün potensial müsbət fürsətdir. Fransa, şübhəsiz ki, öz lobbisini sakitləşdirmək və daha güclü görünmək üçün missiyanı monopoliyaya almağa çalışsa da, Azərbaycan çoxmillətli işçi qrupun yaradılmasına təkan verməlidir".

 

Bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Zəngəzurda Avropa İttifaqı ilə Rusiya arasında hərbi toqquşma qaçılmaz ola bilər ki, bu da total hərbi əməliyyatları qaçılmaza çevirə bilər:

"Aİ ölkələrinin çoxu hazırda öz separatizmi və ayrılma problemi ilə məşğuldur. Azərbaycan yaxşı olar ki, İspaniya nümunəsindən yararlansın, Fransa və Ermənistanın planlarına qarşı çıxmaq üçün onlarla əməkdaşlıq etsin. Bundan əlavə, bu, şəffaf və geniş müşahidəyə imkan verməklə təbliğatın çox hissəsini təkzib etmək üçün bir fürsətdir. Bununla belə, Bakı əmin olmalıdır ki, Avropa İttifaqının onun mövqeyi öyrənilmədən müşahidəçilərin sərhəddinə göndərilməsi hekayəsinin digər tərəfləri də var və bölgədəki vəziyyətin işıqlandırılmasında Azərbaycana qarşı qərəz davam edərsə, Bakı Ai ilə əməkdaşlıqdan geri çəkilə bilər.

Azərbaycan Aİ-nin enerji təchizatçısı kimi artan roluna görə bu vəziyyətdə böyük təsir imkanlarına malikdir. Günün sonunda, enerji böhranının pik nöqtəsində bu cür dəstəyi itirməyə heç Fransa belə dözə bilməz.

Fransa Rusiya məsələsində hər iki tərəfə sahib olmağa çalışır, Rusiya isə Fransa daxilində siyasi təsirini saxlamaq niyyətindədir. Lakin nə qədər ikitərəfli münasibətlərə xələl gətirməyə çalışmasalar da unutmaq olmaz ki, Fransa NATO-nun bir hissəsidir və Rusiya onu müttəfiq yox, düşmən dövlət hesab edir. Bu səbəbdən, Afrikadakı antiterror əməliyyatlarında olduğu kimi, Rusiya Fransanı potensial təhlükəsizlik tərəfdaşı kimi yox, Cənubi Qafqazda nüfuz uğrunda rəqabət kimi görəcək və onun mövcudluğunu minimuma endirməyə və ya ona qarşı çıxmağa çalışacaq.

Bununla belə, Rusiya rəsmi söz sahibi ola bilməz və artıq masada da yox olmaq üzrədir. Hətta Ermənistan da Rusiyanın Cənubi Qafqaz məsələlərinə avtoritar yanaşmasından getdikcə ehtiyatlı görünür və çox güman ki, bu səbəbdən Fransanı Rusiya sülhməramlılarından üstün tutur.

Bu isə nəticə etibarilə nəhayət, Avropa İttifaqı müşahidəçiləri ilə Rusiya sülhməramlıları arasında toqquşmanı qaçılmaz edə bilər. Lakin bütün bunlar Bakı üçün faydalı ola bilər, çünki bütün sxemlər və manipulyasiyalar nəhayət üzə çıxmış olacaq.

Eskalasiya davam edə bilər, lakin çox güman ki, Rusiya sülhməramlıları və Aİ müşahidəçiləri arasında olduğu kimi ermənilərlə azərbaycanlılar arasında da bu təkrarlanmayacaq. Aİ-nin yaxınlıqda fəaliyyət göstərməsi ilə ermənilərin həyasız təxribatlara davam etməsinin çətin olacağı qənaətindəyəm.

Bununla belə, nə Fransanın, nə də Aİ-nin regionda hər hansı uzunmüddətli strateji hədəflərinin olması ehtimalı azdır, söhbət daha uzun prosesdən gedir. Fransa üçün Ermənistan və Azərbaycan arasındakı problemlərin həllinə töhfə verməkdənsə, çox iş görmədən özünü beynəlxalq arenada yenidən təsdiq etmək daha vacibdir".

Təhməz Əsədov
Milli.Az

06 May 2024 Şəxsiyyəti müəyyənləşən 4 şəhid dəfn ediləcək
24 Aprel 2024 Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan
20 Aprel 2024 Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...
14 Aprel 2024 Zakir Həsənov İordaniya HHQ komandanı ilə görüşdü
13 Aprel 2024 Hərbçilər Vətəni istənilən təhdiddən qorumağa hazırdır!
09 Aprel 2024 Düşmən yenə Naxçıvanı atəşə tutdu
08 Aprel 2024 Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
30 Mart 2024 Fazil Mustafaya sui-qəsd cəhdi: şahidlər dindirildi
30 Mart 2024 Müdafiə naziri göstəriş verdi
30 Mart 2024 Zakir Həsənov müşavirə keçirdi
18 Mart 2024 Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir
06 Mart 2024 Zakir Həsənov Türkiyəyə getdi
01 Mart 2024 İbrahimov onu Sabunçuya rəis təyin etdi
15 Dekabr 2023 Komandolarımız “düşmən” texnikasını pusquya saldı - Video
13 May 2023 Şəhidimizin fotosu yayıldı
29 Noyabr 2022 Qarabağda hücum hazırlanır - Sensasion gəlişmə
29 Noyabr 2022 Ermənistan ordusu böyük itkilər verəcək - Növbəti MÜHARİBƏ RİSKİ ARTIR
28 Noyabr 2022 Mövqelərimiz yenə atəşə tutuldu: sülhməramlılarının yerləşdiyi ərazidən
23 Noyabr 2022 Mövqelərimiz atəşə tutulub
22 Noyabr 2022 Mövqelərimiz 4 istiqamətdə atəşə tutuldu: Sülhməramlıların yerləşdiyi ərazilərdən...
07 Noyabr 2022 Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu
21 Oktyabr 2022 Türkiyə şəhid verdi
09 Oktyabr 2022 Vətən müharibəsi qazisi vəfat etdi
02 Oktyabr 2022 Türkiyə polisi şəhid oldu
30 Sentyabr 2022 Rusiya Zaporojyeni vurdu - Ölən və yaralananlar var
28 Sentyabr 2022 Zəfərə gedən yolun ilk şəhidləri... VİDEO
21 Sentyabr 2022 Laçın istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirildi
20 Sentyabr 2022 Qazimiz dəfn olundu - Foto
18 Sentyabr 2022 Şəhid Yusif Qurbanov dəfn olundu
15 Sentyabr 2022 Azərbaycan və Ermənistan arasında atəşkəs elan olundu