Son xəbərlər

 

 

Noyabrın sonu Qarabağ müharibəsinin bitməsindən sonrakı iki il ərzində Cənubi Qafqazda ən narahatedici ay oldu.

Ən əsası İrəvanın xarici siyasət kampaniyasının "rus" və "fransız" istiqamətləri eyni vaxtda iflasa uğradı.

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, ötən çərşənbə günü Ermənistanın paytaxtında keçirilən KTMT sammiti göstərdi ki, üzv ölkələr Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə müdaxilə etmək niyyətində deyillər. Baş nazir Nikol Paşinyan müttəfiqlərin sərt imtinasından o qədər qəzəbləndi ki, sammitin əsas sənədini - KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan belə imtina etdi. Bu sənəd Ermənistana yardım göstərilməsi üçün birgə tədbirlər haqqında layihə idi.

Beləliklə, Ermənistan Rusiyadan və KTMT-dən istədiyini almadı, ona təklif olunanları isə rədd etdi. Fransanın nizamlanma prosesinə qayıtmasına gəlincə, bu, fransız siyasətçilərinin özlərinin səyi nəticəsində uğursuz oldu. Hələ oktyabrın ortalarında prezident Emmanuel Makron Azərbaycana qarşı qalmaqallı ittihamlar səsləndirdi, ardınca da və ötən həftə Fransa Senatı Bakıya qarşı ümumavropa sanksiyalarının tətbiqini tələb edən ikinci anti-Azərbaycan qətnaməsini qəbul etdi. Parisin bu cür davranışı onun Ermənistan-Azərbaycan müharibəsindən sonrakı proseslərdə iştirakını qeyri-mümkün etdi. Ötən cümə günü prezident İlham Əliyev isə bəyan etdi ki, Nikol Paşinyan ona dekabrın 7-də Makronun iştirakı şərti ilə Brüsseldə görüşməyi təklif edib və məhz bu, anti-Azərbaycan qüvvələrin danışıqlarda iştirak etməsi şərti bu görüşü mümkünsüz edib.

Beləliklə, Ermənistan Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesini ləngitmək və ya öz xeyrinə çevirmək üçün diplomatik yollarını tükətdi: Rusiya bəllidir ki, Azərbaycana təzyiq etməyəcək, Azərbaycan isə Fransanın işğalçı siyasəti açıq dəstəklədiyi müddətcə Fransa ilə danışmayacaq. Siyasətdəki ikiqat fiaskonun təbii nəticəsi Ermənistan hakimiyyətinin ənənəvi hərbi təxribat üsullarına əl atmasıdır. Eyni zamanda, indi sərhəddə Azərbaycan mövqelərinə hücum etməyin mənası yoxdur - 13-14 sentyabr döyüşləri həm Azərbaycanın sərhədlərinin nə qədər qüdrətli möhkəmləndirildiyini, həm də hücumlara nə qədər sərt cavab verdiyini, həm də belə təxribatlarda Bakının qələbəsinin nə qədər qaçılmaz olduğunu göstərdi. Buna görə də, növbə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada gərginliyin artmasına çatıb. Nikol Paşinyan rejimi hələ də Rusiyanı Azərbaycanla qarşıdurmaya çəkmək, Rusiya sülhməramlı kontingentini təhlükə altına salmağa cəhd edir.

Separatçıların Azərbaycan ordusunun mövqelərinə hücumuna ciddi hazırlıq görülməsi təkcə artilleriya atəşi ilə sübut olunmur. Şənbə günü erməni yaraqlılarının kvadrokopteri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonadan kənarda kəşfiyyat apararkən ələ keçirilib və həftə ərzində Laçın dəhlizi ilə hərbi texnikanın daşındığı elan edilib. Ermənistan Qarabağdakı qanunsuz silahlı birləşmələri silahlandırır və Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrinin dəqiq yerini öyrənir və bu, koordinasiyalı hərbi birləşmənin hazırlanmasının bariz əlamətləridir.

Əgər Rusiya sülhməramlılarının atəşə tutulması planı baş tutmasa, o zaman Ermənistan şübhəsiz ki, Qərbə öz sülhməramlılarını yerləşdirmək xahişi ilə üz tutacaq. Aydındır ki, onlar Qarabağ iqtisadi rayonuna girməyəcəklər, çünki Azərbaycan buna razı olmayacaq. Bu addım da anti-Rusiya addımı olacaq. İrəvan Rusiyanın Gümrüdəki hərbi bazasının bağlanmasına və hərbi sahədə Rusiya-Ermənistan əlaqələrinin zəifləməsinə çalışacaq.

Beləliklə, KTMT-nin Ermənistana Azərbaycanla döyüşməkdə kömək etməmək qərarından sonra bu, hadisələrin tamamilə gözlənilən inkişafıdır.

Azər Nuriyev

06 May 2024 Şəxsiyyəti müəyyənləşən 4 şəhid dəfn ediləcək
24 Aprel 2024 Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan
20 Aprel 2024 Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...
14 Aprel 2024 Zakir Həsənov İordaniya HHQ komandanı ilə görüşdü
13 Aprel 2024 Hərbçilər Vətəni istənilən təhdiddən qorumağa hazırdır!
09 Aprel 2024 Düşmən yenə Naxçıvanı atəşə tutdu
08 Aprel 2024 Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
30 Mart 2024 Fazil Mustafaya sui-qəsd cəhdi: şahidlər dindirildi
30 Mart 2024 Müdafiə naziri göstəriş verdi
30 Mart 2024 Zakir Həsənov müşavirə keçirdi
18 Mart 2024 Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir
06 Mart 2024 Zakir Həsənov Türkiyəyə getdi
01 Mart 2024 İbrahimov onu Sabunçuya rəis təyin etdi
15 Dekabr 2023 Komandolarımız “düşmən” texnikasını pusquya saldı - Video
13 May 2023 Şəhidimizin fotosu yayıldı
25 Yanvar 2023 Üçüncü Dünya Müharibəsi Zəngəzurda başlaya bilər - ŞOK PROQNOZ
29 Noyabr 2022 Ermənistan ordusu böyük itkilər verəcək - Növbəti MÜHARİBƏ RİSKİ ARTIR
28 Noyabr 2022 Mövqelərimiz yenə atəşə tutuldu: sülhməramlılarının yerləşdiyi ərazidən
23 Noyabr 2022 Mövqelərimiz atəşə tutulub
22 Noyabr 2022 Mövqelərimiz 4 istiqamətdə atəşə tutuldu: Sülhməramlıların yerləşdiyi ərazilərdən...
07 Noyabr 2022 Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutuldu
21 Oktyabr 2022 Türkiyə şəhid verdi
09 Oktyabr 2022 Vətən müharibəsi qazisi vəfat etdi
02 Oktyabr 2022 Türkiyə polisi şəhid oldu
30 Sentyabr 2022 Rusiya Zaporojyeni vurdu - Ölən və yaralananlar var
28 Sentyabr 2022 Zəfərə gedən yolun ilk şəhidləri... VİDEO
21 Sentyabr 2022 Laçın istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirildi
20 Sentyabr 2022 Qazimiz dəfn olundu - Foto
18 Sentyabr 2022 Şəhid Yusif Qurbanov dəfn olundu
15 Sentyabr 2022 Azərbaycan və Ermənistan arasında atəşkəs elan olundu