Son xəbərlər

 

Qəbul imtahanlarının yekunlaşması ilə bütün diqqətlər ixtisas seçiminə yönəlib.

Məlumdur ki, ixtisas seçimi mərhələsində iştirak hüququ qazanan abituriyentlər arasında az bal toplayanlar ödənişli əsaslarla təhsil almaq imkanı əldə edirlər. Belə olan halda ixtisasların illik ödənişləri aktuallaşır.

Axar.az Xəzər xəbər-ə istinadən bildirir ki, bəzi dövlət və özəl universitetlərdə təhsil haqqı artırılıb. İllik ödənişi ən yüksək olan ali təhsil müəssisəsi Azərbaycan Diplomatiya Akademiyasıdır. Burda 1-ci ixtisas qrupuna aid kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, 2-ci qrup üzrə iqtisadiyyat və biznesin idarə edilməsi ixtisaslarının illik ödənişi 6500 manat təşkil edir.

İkinci sırada Xəzər Universiteti gəlir. Universitetdə ingilis dilində tədris edilən kompüter mühəndisliyi, maliyyə, mühasibat uçotu və audit ixtisaslarında təhsil almaq üçün 5000 manat ödənilməlidir.

Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasının illik ödənişi ötən il 3800 manat idisə, bu il 4300 manata qədər artırılıb.

Xəzər universitetinin Azərbaycan dili-ədəbiyyat, tarix, ibtidai sinif müəllimliyi, eləcə də tədrisi ingilis dilində olan tərcüməçilik, psixologiya ixtisasının illik ödənişi 4000 manatdır.

Tibb Universitetində müalicə işi və stomatologiya ixtisaslarında təhsil almaq üçün isə 3000 manat ödənilməlidir.

Ən ucuz ixtisaslar arasında ilk yerdə Dillər universitetinin alman, fransız və koreya dilləri üzrə tərcümə, eləcə də həmin dillər üzrə müəllimlik, almaniya, ərəb ölkələri və fransa üzrə regionşünaslıq ixtisasları ən ucuz hesab edilir. Belə ki, həmin ixtisaslar üzrə illik ödəniş 1000 manatdır.

Aviasiya Akademiyasının aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi ixtisasının qiyməti 1200 manatdır.

Bakı dövlət universitetinin riyaziyyat və geologiya, eləcə də neft və sənaye universitetinin neft qaz, texnoloji maşınlar mühəndisliyi ixtisaslarının illik ödənişi 1400 manat təşkil edir.

Azərbaycan Texniki Universietin elektrik, telekommunikasiya və radiotexnika, kompüter, informasiya texnologiyaları mühəndisliyi 1500 manat, Pedaqoji Universitetin fizika, riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə təhsil haqqı 1500 manatdır.

15 Aprel 2025 Güclü küləklə bağlı sarı, narıncı və qırmızı xəbərdarlıq....
14 Aprel 2025 Yeniyetmə qızın döyülməsi ilə bağlı DİN-dən məlumat
11 Aprel 2025 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
08 Aprel 2025 FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi
08 Aprel 2025 Yağış yağır, güclü külək əsir - Faktiki hava
07 Aprel 2025 Süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular…
26 Mart 2025 Qeyri-sabit hava ilə bağlı xəbərdarlıq
17 Mart 2025 "Ramazan ayı" dələduzluğu başladı - Xəbərdarlıq
20 Fevral 2025 Qışın ən uzunmüddətli soyuq dövrü başlayır
19 Fevral 2025 20 dərəcə şaxta olacaq - Daha bir xəbərdarlıq
17 Fevral 2025 Bu universitetdə oxuyanlara şad xəbər: Britaniya diplomu da alacaqlar
12 Fevral 2025 Bakı-Tiflis-Bakı qatar reysləri fəaliyyətə başlaya bilər
11 Fevral 2025 Metro stansiyalarına yeni adlar veriləcək
04 Fevral 2025 9 kənddə işıq olmayacaq
27 Yanvar 2025 Neftçalada ov qaydalarını pozanlar saxlanıldı
22 Yanvar 2025 14 kənddə 3 saat işıq olmayacaq
21 Yanvar 2025 Metro ilə bağlı cərimələr artırılır: 200 manata qədər...
15 Yanvar 2025 Məktəblərdə telefondan istifadə qadağan edildi
14 Yanvar 2025 Unun topdansatış qiymətləri – Cədvəl
13 Yanvar 2025 Geomaqnit qasırğası gözlənilir?
10 Yanvar 2025 Bu ərazilərdə 8 dərəcə şaxta oldu
10 Yanvar 2025 Bakıya iki gün qar yağacaq - Bu tarixdə
10 Yanvar 2025 Bakıda tramvaylar bu ərazilərdən keçəcək
08 Yanvar 2025 Ramazan ayında Qədr gecələrinin vaxtları açıqlandı
08 Yanvar 2025 Novruzun ilk çərşənbəsi bu tarixə təsadüf edəcək
06 Yanvar 2025 Bakıya intensiv yağış yağacaq
06 Yanvar 2025 Martda 16 gün iş olmayacaq
06 Yanvar 2025 Məktəblərdə 1 həftə dərs olmayacaq
06 Yanvar 2025 Şagirdlər qəbiristanlıqda qeyri-etik hərəkətlər etdilər - Video+Rəsmi açıqlama
29 Dekabr 2024 2,5 milyon 5 TV yayımçısı arasında bölündü