Rəfah əməliyyatı ləğv edilərsə, İsraildə hakim koalisiya dağıla bilər.
Axar.az xəbər verir ki, bu barədə İsrailin maliyyə naziri Betsalel Smotriç X şəbəkəsində yazıb.
“Ağ bayraq qaldırmağa və Rəfahın dərhal tutulması əmrini ləğv etməyə qərar versəniz, onda rəhbərlik etdiyiniz hökumətin mövcud olmaq hüququ olmayacaq”, - deyə nazir bildirib.