Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovu, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevi və Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovu hər bir rayon icra hakimiyyətinin kollektivinə ayrı-ayrılıqda təqdim edib.
Hər üç icra başçısı artıq vəzifələrinin icrasına başlayıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamlarla Elşad Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Rafiq Quliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısı və Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.