"AXCP, Müsavat rəhbərlərinin və Əli İnsanovun bir araya gəlməsini uğursuzluq sindromunu yaşayan şəxslərin özlərini Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrə, erməni lobbisinə ölkəmizdə çirkin planlarını reallaşdırmaq üçün onlara ünvanlanan mesaj kimi dəyərləndirmək lazımdır".

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Mirkazım Kazımov deyib.

 Onun sözlərinə görə, onların hədəfi heç də özlərinin bəyan etdiyi kimi səsləndirdikləri şüarların, tələblərin həyata keçirilməsi deyil, əslində  böyük zəhmətlər hesabına yaradılan sabitliyi pozmaq və ölkəni xaosa sürükləməkdir. “Əgər adı çəkilən şəxslər həqiqətən ölkədə insanlaırn rifah halının yaxşılaşdırılmasını, Qarabağ münaqişəsinin həllini istəyirlərsə, bunun üçün icazəsiz aksiyalara ehtiyac yoxdur. Yetərincə digər formalardan istifadə etməklə bunu həyata keçirmək olar.

Digər tərəfdən isə Prezident İlham Əliyevin fəaliyyətinin əsas prioriteti ölkə vətəndaşının  sosial rifah  halının yaxşılaşdırılması olub. Məhz onun ölkə rəhbərliyinə gəldiyi 16 il ərzində minimum əməkhaqqıları, pensiyalar, sosial müavinətlər dəfələrlə artıb, ölkə ictimaiyyətini  narahat edən digər məsələlər öz həllini tapıb. Təkcə 2019-cu il ərzində Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial rifah halının yaxşılaşdırılması ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalanıb. Bunun nəticəsində pensiyalar, minimum əməkhaqqı, müxtəlif sosial müavinətlərə təqribən iki dəfə qaldırılıb.  Növbəti ildə yenidən artımlar olacaq. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkənin gəlirləri artdıqca, bu gəlirlər ölkə vətəndaşının daha yaxşı yaşamasını təmin etməyə yönəldiləcək. Odur ki, müxalifətin  səsləndirdiyi bu fikirlərin əsası yoxdur. Çünki bunu ölkə başçısı hər dəfə vətəndaşlarla görüşündə, tədbirlərdəki çıxışlarında bəyan edir. 

Qarabağ məsələsinin həllinə gəldikdə isə Ali Baş Komandan bu istiqamətdə yorulmadan  fəaliyyət göstərir. Artıq onun bu fəaliyyəti nəticəsində diplomatik uğurlar əldə edilib. Ordumuz qüdrətlənib, ölkə iqtisadiyyatı da davamlı olaraq inkişaf edir.  Beynəlxalq aləmin münaqişənin həlli ilə bağlı münasibətində ciddi dəyişikliklər olub. Sadəcə bu gün Azərbaycana qarşı ikili standartlarla yanaşıldığından məsələnin diplomatik yolla həllində müəyyən gecikmələr baş verməkdədir.  Ümid edirik ki,  tezliklə bu sahədə ciddi uğurlar əldə olunacaq və Qarabağ münaqişəsi diplomatik danışıqlar yolu ilə həllini tapacaq. Bu olmazsa, ordumuz  güc yolu ilə torpaqları azad edəcək.  Ali Baş Komandan onu da dəfələrlə bəyan edib ki, Azərbaycanın səbri sonsuz deyil və bu səbr kasası dolmaqdadır. Hesab edirəm ki, münasib bir şərait yaranan kimi ordu öz sözünün deyəcək.  Bu baxımdan da  radikal, dağıdıcı müxalifətin dediyinin heç bir əsası yoxdur.
Bu, sadəcə “bulanıq suda balıq  tutmağa"  bənzəyir. Guya onlar aksiya keçirdilər, ölkə başçısı maaşları, pensiyaları qaldırdı. Ancaq bilmirlər ki, pensiya, maaş qaldırmaq üçün uzun zaman hazırlıq işi getməlidir, Bunlar sadəcə tükəndiklərini, tamamilə iflasa uğradıqlarını, uğrusuzluq sindromu labirintdən çıxa bilmədikləri üçün bu cür dağıdıcı, destruktiv hərəkətlərlə özlərini cəmiyyətə sırımaq istəyirlər. Ancaq nə onların, nə də ki, Azərbaycanın inkişafını gözü götürməyən, sabitliyi pozub  xaosa sürükləmək istəyən bu çirkin niyyəti baş tutmayacaq. Çünki bunun  üçün onların nə resursu, nə də gücləri yoxdur. Ən əsası cəmiyyət onları dəstəkləmir. Bax, ən əsası onları qıcıqlandıran səbəb budur”- deputat bildirib.
O, əlavə edib ki,  bu radikal, dağıdıcı ünsürlərin cəmiyyətin onlara olan münasibətini  bildiyindən, onları aşağılamaq, təhqir etməkdən və bu yolla küçələrə çıxmağa təhrik edirlər: “Lakin cəmiyyət onlara sakit, səbt nümayiş etdirməklə, dediklərinə əhəmiyyət vermədən mövqe sərgilməklə layiqli cavabını verir. Onların  bu hərəkəti bir daha Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər Əli İnsanov  kimi şəxslərin psixoloji durumundan ciddi problemlərin olduğunu göstərir”.
Fəal müxalifət təmsilçisi olan  Oqtay Gülalıyevin səhhəti  ilə bağlı ölkə rəhbərliyinin, xüsusən də Birinci Vitse-prezident Mehriba Əliyevanın onun müalicəsi ilə bağlı bütün təşkilati məsələləri üzərinə götürməsinə toxunan deputat bildirib ki, Birinci Vitse-prezidentin təşəbbüsü ilə fəal müxalifətçi Türkiyəyə müalicəyə göndərildi. 

“Mehriban xanım Əliyevanın bu hərəkətini ancaq humanizmin simvolu kimi dəyərləndirmək olar.  Prezident İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri zamanı bəyan etdi ki, mən mövqeyindən, düşüncəsindən, siyasi baxışından asılı olmayaraq, bütün  Azərbaycan vətəndaşının Prezidenti olacaq. Bəli, o ötən müddətdə öz real fəaliyyəti ilə dəfələrlə sübut edib. Siyasi baxışından asılı olamayaraq insanların üzləşdiyi ən çətin anlarında dəstək olub. Belə misalları sadalamaqla bitməz. Elə sonuncu Oqtay Gülalıyevin qəzaya düşəndən dərhal sonra ölkə rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyeva  prosesə müdaxilə edərək, onun səhhətinin yaxşılaşması üçün bütün lazımi tədbirlər görülməsini aidiyyatı qurumlara tapşırıb.  Hətta onun  effektiv müalicəsini təmin etmək üçün  Birinci Vitse-prezidentin və Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılıb. Onun ailəsi də bu dəstəyə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Baxmayaraq ki, O.Gülalıyevin  siyasi baxışları hamıya bəllidir. Lakin  Azərbaycan Prezidenti və Birinci Vitse-prezident bu real hərəkətləri ilə demokratiyaya, insanlığa, humanist dəyərlərə necə sadiq olduqlarını bir daha  açıq formada nümayiş etdirdilər. Bax, ölkə rəhbərliyini bu addımı da həmin dağıdıcı müxalifətin niyyətini puça çıxarır. Azərbaycan vətəndaşı bir daha şahidi oldu ki, Prezident İlham Əliyev  siyasi baxışından, düşüncəsindən asılı olmayaraq hər bir vətəndaşın Prezidentidir. Ona görə də daha sıx formada onun ətrafında birləşərək, həyata keçirdiyi genişmiqyaslı islahatlara, Azərbaycanın yeni-yeni uğurlara imza atmasına dəstək verirlər. Adı çəkilən dağıdıcı müxalifətin təmsilçiləri isə yenə də  xəyal qırılığına uğrayacaq. Bununla da siyasi səhnəyə vida edəcəklər”- deputat bildirib.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!