Azərbaycanda məmurların vəzifədə uzun illər qalması artıq bir adətə çevrilib desək heçdə yanılmarıq. Dövlət qurumlarında uzun müddət vəzifədə işləyən məmurlarımızın bəziləri rəhbərlik etdikləri qurumları özlərinin şəxsi obyekti kimi idarə edirlər. Belə qurumlardan biridə Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəlidir. Bununla bağlı cumhuriyyət.az-a daxil olan məlumata görə Dövlət Neft Şirkətinin adı çəkilən idarəsinin müdiri vəzifəsində 20 ildən çoxdur işləyən İsgəndər Şirəli bu günlərdə vəzifəsi ilə vidalaşıb. Buna səbəb isə İsgəndər müəllim haqqında şirkət rəhbərliyinə və ölkə mətbuatına davamlı olaraq ünvanlanan şikayət məktubları,ilə yanaşı onun son günlər idarə daxilindəki qanunsuzluqlarının pik həddə çatması olub. Mənbənin məlumatına görə Komleks Qazma İşləri Trestinə Racu Vəliyev adlı yeni baş mühəndis təyin olunub. Bütün kadrları qohumluq prinsipləri ilə təyin edən İsgəndər Şirəli bu təyinatı həzm etmək istəməyib və idarə daxilində gənc kadra qarşı açıq açığına kampaniya aparıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə İ.Şirəli tapşırıq verib ki, heç bir şöbə və idarə rəisi baş mühəndisə zəng etməsin və zənginə cavab verməsin, ona heç bir sənəd filan göstərməsinlər. Racu Vəliyevi lazımsız fiqura çevirmək niyyəti güdən İsgəndər Şirəli iclasların birində açıq şəkildə ona bildirib ki, “bu Trestin tam sahibi mənəm, sən kimsən ki göndəriblər bura, səni əzib keçərəm üstündən”. Belə bir münasibəti qəbul etməyən R.Vəliyev ərizə yazaraq işdən çıxıb. Bunun ardınca proses ən yüksək səviyyədə araşdırılıb və nəticədə may ayından etibarən İsgəndər Şirəlinin özü də vəzifədən alınıb. Onu da bildirək ki, Dövlət Neft Şirkətinin Komleks Qazma İşləri Tresti kimi böyük bir quruma 20 ildən artıq rəhbərlik edən İsgəndər Şirəli bu müddət ərzində böyük bir kapitala sahib olub. Bununla bağlı cumhuriyyet.az-a bəzi məlumat daxil olub. İ.Şirəlinin daşınmaz əmlak siyahısına aşağıdakılar daxildir: Ağ Şəhərdə 8 obyekt və 1 mənzil; köhnə Qaqarin körpüsünün yanında 1 obyekt və 1 mənzil; Həzi Aslanov ətrafında 5 mənzil, 3 torpaq sahəsi, 16 mərtədəbədə 2 mənzil -8 və 12-ci mərtəbələrdə; Gənclik metrosu yaxınlığında 1 beşotaqlı mənzil, Heydər Əliyev sarayı ətrafında 2 obyekt; Zabitlər bağında 2 obyekt; Bilgəh bağlarında 9 cu dalanda 2 bağ villası; Qaraçuxurda 104 saylı məktəblə üzbəüz 4 obyekt; Neftçala şəhərində 2 mənzil – biri şəhərdə, digəri dəniz qırağında; Neftçala rayonunda iribuynuzlu mal ferması və balıq vətəgəsi; Şamaxıda özünün dediyi kimi 2 kral evi. Deyilənə görə obyektlərin hər birində mühafizəçi saxlanılır. İsgəndər Şirəlinin fəaliyyətinin ən ilginc məqamlarından biri də onun maliyyə məsələləri ilə bağlıdır. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə bütün maliyyə işləri və qara əməliyyatlar İranə adlı qız tərəfindən həyata keçirilir. İsgəndər Şirəlinin bütün gizlin hesablarından məlumatlı olan bu xanımın fəaliyyətinin gizli məqamları haqda növbəti yazımızda bəhs edəcəyik.