Polis polkovniki Fuad Məmmədli Daxili İşlər Nazirliyinin Səfərbərlik İşləri və Mülki Müdafiə İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edilib. Bu barədə DİN-dən məlumat verilib.
Bildirilir ki, F.Məmmədli bundan əvvəl müxtəlif vaxtlarda Quba və Salyan RPŞ-nin rəisi, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Qeyd edək ki, Fuad Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.