General Yaşar Aydəmirovdan qəribə açıqlama














“Düşmən ölkənin təxribata əl atması bizə böyük şans yaradar; Azərbaycan Naxçıvana gedən dəmir yolu xəttini öz balansına qaytarmaq üçün hərəkətə keçə bilər”

İşğalçı Ermənistanın Azərbaycana qarşı məkrli niyyətlərinin dəfələrlə şahidi olmuşuq. Çox da uzaq keçmişə getmək lazım deyil, Şuşa işğal olunan gün Azərbaycan və Ermənistan rəhbərliyi İranın vasitəçiliyi ilə Tehranda danışıqlar aparırdılar. Bu mənada Moskva görüşündə humanitar əlaqələrin qurulması ilə bağlı əldə olunan razılaşmadan da uzaqgedən nəticələr çıxarıb bunun sülhə aparacağını güman etmək sadəlövhlük olardı. Elə Ermənistan rəhbərliyinin son zamanlar sərgilədiyi mövqe də təxribatların hər an baş verəcəyini deməyə imkan yaradır. 

Vyana görüşü vaxtı ABŞ-da erməni diasporu ilə görüşündə Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə yeni ərazilərdir” açıqlamasından sonra erməni hərbi birəşmələrinin Azərbaycana qarşı təxribat hücumlarının ola biləcəyi ehtimalı güclənib. Publika.az xəbər verir ki, Tonoyanın bu açıqlaması ritorik xarakter daşısa da, işğalçı ölkənin yeni ərazilər işğal etmək niyyətləri də istisna deyil. Xüsusilə Azərbaycan torpaqlarını işğal edən Ermənistanda həmişə “Şimali Qarabağ” iddiaları olub. Bura Kür çayının cənubunda yerləşən Gürcüstan-Azərbaycan sərhədindəki bütün ərazilər daxildir.

Bu iddialar və “yeni ərazilərin işğalı” açıqlaması fonunda David Tonoyanın aprelin 13-də Azərbaycanın Gədəbəy rayonunun Başkənd qəsəbəsinin əks tərəfinə gəlişi və müşahidələr aparması diqqət çəkir. Ermənilər Başkəndi “Arşaven” olaraq adlandırırlar. Başkənd qəsəbəsi 1920-ci illərdə sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmişdi və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərində “erməni anklavı” olaraq qalırdı. 1992-ci ilin 6-8 avqust tarixlərində milli ordumuzun keçirdiyi əməliyyat nəticəsində Başkənd ermənilərdən təmizləndi və Qərb regionunda təhlükəsizlik təmin olundu. Ermənilər “Arşaven” adlandırdıqları Başkənd qəsəbəsini “Azərbaycanın işğalı altında” olaraq təqdim etməyə çalışırlar və bildirirlər ki, “Arşaven” (Başkənd) “Şimali Artsax”ın (Şimali Qarabağ) açarıdır”.

Bunun fonunda ABŞ-da erməni diasporu önündə “yeni müharibə yeni ərazilərdir” bəyanatı verən Tonoyanın ölkəsinə qayıdandan sonra ilk olaraq Gədəbəy sərhədinə gəlişi və iddia etdikləri Başkənd qəsəbəsini müşahidə etməsi nə dərəcədə təsadüfdür? Proseslərin analizi Ermənistanın Azərbaycana qarşı mümkün təxribatının məhz Başkənd qəsəbəsi istiqamətində ola biləcəyini deməyə əsas verir.

Yeri gəlmişkən, erməni mediası Tonoyanın bu istiqamətdən Azərbaycan ərazilərinə qəmgin halda baxmasına xüsusi yer ayırıb və günlərdir erməni nazirin pəjmürdə fotosunu yaymaqdadırlar. Belə düşünmək olar ki, Paşinyan hökuməti xalqa “parlaq qələbə” dadızdırmaq üçün mümkündür ki, xain hərəkətə əl atsın. Lakin ekspertimiz fərqli düşünür.

Ehtiyatda olan zabit, general Yaşar Aydəmirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, düşmən belə təxribata əl atmağa cəsarət etməz: “Birincisi, əgər onlar fikirləşirlərsə ki, biz Qazağın işğal altında olan kəndlərini, hansı ki, Dağlıq Qarabağa aid olmayan Yuxarı Əskipara, Aşağı Əskipara və digər yaşayış məntəqlərini unutmuşuq, böyük səhv edirlər. İkincisi də, onlar çox gözəl bilirlər ki, Azərbaycan tərəfi genişmiqyaslı döyüş əməliyyatlarına başlamaq üçün bəhanə axtarır. Düzdür, biz danışıqlara sadiqik. Amma danışıqlar kifayət qədər uzandı. Odur ki, mən problemin birdəfəlik həlli üçün hərb variantını görürəm. Ona görə də Ermənistan müharibəyə başlasa, bizimçün böyük şans yaratmış olar. Budəfəki döyüşlərdə artıq biz xırda bölmələrdən istifadə etməyəcəyik, bir neçə hərbi birləşmələri döyüşlərə cəlb edəcəyik. Əgər aprel döyüşlərində bir neçə kiçik bölmə düşməni sarsıtdısa, hərbi birləşmələrimiz bu dəfə onlara fəlakətlər yaşadacaq. Üç il əvvəl iki bölməmizin döyüşlərinin məntiqi nəticəsi olaraq onlar bütün komandanlığı, döyüş təminatı rəislərini, müdafiə nazirini də, baş qərargah rəisini də dəyişdilər. Bu dəfə də bizə, sadəcə, bəhanə lazımdır. Ona görə də düşmən risk edib bu təxribata gedən deyil, sadəcə, söz oyunundan istifadə edir”.

Y.Aydəmirov Ermənistanın sərhədboyu təxribatlara əl atması ilə Rusiyanı, yaxud KTMT-ni savaşa cəlb etmək cəhdlərini də mənasız saydı: “Ruslar belə bir addıma getməzlər”. Bununla belə, general ayıq-sayıq olmağımızı vacib saydı. Bildirdi ki, ikinci Qarabağ savaşı başlasa, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun bölmələri bu dəfə müşahidəçi qalmayacaq: “Naxçıvandakı ordu hissələrimiz passiv oturmayacaq”. Y.Aydəmirov Günnüt əməliyyatından sonra Laçın dəhlizinə aparan yolun da nəzarət altına alındığını və düşmənin ehtiyat qüvvələrinin məhv edilməsi üçün münbit şəraitin təmin edildiyini təsdiqlədi: “Hələ yaddan çıxartmamalıyıq ki, Naxçıvana gedən Mincivan-Mehri-Kərçivan dəmir yol hissəsi Azərbaycan dəmir yollarına aiddir. O dəmir yolu hər zaman Azərbaycanın balansında olub, bu yol bizimkidir. O dəmir yolunun rəisi vaxtilə Ayrepetov familiyalı Bakı ermənisi idi, amma ölənə kimi deyirdi ki, mən Azərbaycanın çörəyini yeyirəm, bu dəmir yolu xətti hamısı Azərbaycanındır. Deməli, beynəlxalq hüquqa əsasən, Azərbaycanın o dəmir yolunu açmaq üçün hərbi əməliyyatlar keçirmək hüququ var”.
21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!