Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Qeyd edək ki, Ş.Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısıdır. Aprelin 1-də onun 80 yaşı tamam olur.