Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar formatını dəyişdirməyə qərar verərsə, Rusiya tərəflərin fikirlərinə hörmət edəcək.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
"Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi dəfələrlə danışıqların formatı barədə fikrini bildirib. Bunun dəyişdirilməsi yalnız tərəflərin razılığı əsasında ola bilər", - o deyib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri də belə mövqe tutur və bunu onların son bəyanatında da görmək olar.