Ermənistan prezidenti Armen Sarkisyan bu həftənin əvvəllərində Rusiyaya səfər edib.
“Qafqazinfo” xəbər verir ki, mətbuatda yayımlanmayan səfərlə bağlı “Kommersant” məlumat yayıb.
Moskvada olan erməni lider Rusiyanın XİN başçısı Sergey Lavrovla görüşüb.
Nəşr Rusiya dövlət strukturlarındakı mənbəsinə istinadən xəbər verir ki, danışıqların mərkəzində Rusiya-Ermənistan əlaqələri, mümkün parlament seçkiləri ərəfəsində ölkədəki situasiya və yeni hökumətin cinayət işi açdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov ətrafındakı kazus olub.
Sarkisyan Moskvaya Paris və Nyu-York səfərlərindən qayıdarkən gedib.