Aleksandr Poteyev - bu isim kəşfiyyat dairələrində çox populyardır.
ABŞ-ın Rusiyadakı casusu hələ 2016-cı ilin yayında rusları tərəfindən ölü elan edilibmiş. Lakin sonrdan onun sağ olduğu bəlli olub.
“2016-cı ilin oktyabırn 9-da 64 yaşlı casus “Walmart” alış- veriş zəncirinin Floridadakı mağazalarında birinə daxil olaraq burada balıqçılıq üzrə lisenziya əldə edib”, - “BuzzFeed” saytı yazır.
Məqalədə yazıldığına görə, balıq ovlamaq hüququnu əldə etməkdən ötrü Aleksandr Poteyev özünün əsl adını, doğum tarixini, telefon nömrəsini, elektron poçt ünvanını dəqiqliklə verib. “Maraqlıdır, axı bu adam uzun müddətdir ki, Rusiya killerlərindən gizlənirdi”, - yazıda qeyd olunub.
Məqalədə Moskvanın 2010-cu ildə Aleksandr Poteyevi satqın elan etdiyi vurğulanır. Həmin vaxta qədər o, Rusiyanın ABŞ-da fəaliyyət göstərən qeyri-leqal agent şəbəkəsini satıbımış. Bunların arasında cazibədar Anna Çapman da olub.
Hadisədən bri neçə il sonra ABŞ mətbuatı şübhəli şəxslərin və ehtimal olunan killerlərin Poteyevin yaşadığı güman edilən evinin ətrafında göründüyünü xəbər edib. 2016-cı ilin yayında isə Rusiya dövlət televiziyası Poteyevin öldüyünü yayıb.
Məqalə müəlliflərinin fikrincə, Kreml bununla yalançı piar apararaq eyni hərəkəti törətmək istəyən başqa kəşfiyyatçılara xəbərdarlıq etməyi planlayıb. BBC-nin xəbərində isə, rusların qəsdən belə bir dezinformasiya yayaraq , “ölən” Poteyevi vətəndəki yaxınları əlaqə saxlamağa vadar etmək istədiyi bildirilir.
Poteyev ölümü haqqında elan verildiyindən cəmi 3 ay sonra peyda olub. Elə həmin vaxt o, seçkilərdə adını respublikaçı seçici kimi qeydiyyata saldırıb. Üstəlik, 2016-cı il prezident seçkilərində səs verib.
Musavat.com oxuculara məlumat üçün bildirir ki, Aleksandr Nikolayeviç Poteyev 1952-ci ildə Brest şəhərində (Belarus) Sovet İttifaqı Qəhrəmanı Nikolay Pavloviç Poteyevin ailəsində dünyaya gəlib.
Orduda xidmət etdikdən sonra DTK-nın Minsk məktəbinə daxil olub. 1978-ci ildə isə DTK mərkəzi aparatında işləmək üçün ailəsi ilə birlikdə Moskvaya köçüb.
Poteyev 1979-cu ildən başlayaraq Əfqanıstanda döyüş yolu keçib. Öncə o, “Zenit” xüsusi təyinatlı dəstəsində, 1981-ci ildə isə Kabildəki “Kaskad-2” birlyində vuruşub. Göstərdiyi şücayətlərə o, hətta “Qızıl ulduz” medalına layiq görülüb.
DTK Ali Məktəbini bitirdikdən sonra DTK-nın 1-ci Baş İdarəsində (xarici kəşfiyyat), SSRİ dağıldıqdan sonra Rusiya Xarici Kəşfiyyat Xidmətində çalışıb.
Poteyev 1995-ci ildə Rusiyanın ABŞ-dakı səfirliyinə, həmçinin BMT-dəki daimi nümayəndəliyinə ezamiyyətə göndərilib.
2000-ci ildə o, Xarici Kəşfiyyat Xidmətinin “S” idarəsinin (qeyri-leqal kəşfiyyat) rəis müavini, daha sonra 4-cü (ABŞ) şöbəsində rəis vəzifəsinə təyin olunub.
Poteyevin həyatında qırılma anının 2003-cü ilin yanvarın 25-də olduğu deyilir. Həmin gün 3 naməlum şəxs onun evinə girərək, oğlunu döyüb, üstəlik, evlərindəki pulları aparıblar. Rusiya mediasının yazdığına görə, bu hadisə bu dərəcədə mühüm vəzifə tutan bir adamın öz idarəsi tərəfindən lazımınca qorunmadığını ona göstərilməsi üçün törədilib.
2010-cu ildə isə Poteyev amerikalılaırn köməyi ilə “Dudoçkin” soyadı ilə düzəltdirdiyi saxta pasportla Rusiyadan qaçmağa müvəffəq olub.