Şamaxıdakı dəhşətli qətlə görə həbs edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Natiq Binyətovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin bacısı Narıngül Binyətova şahid qismində ifadə verib.

Narıngül Binyətova söyləyib ki, ayağında problem olduğu üçün çox gəzə bilmir. Hadisə baş verən gün də evdə olub və yataqda uzanıb.

"Mən həyətdə səs-küyü eşitdim. Amma mübahisə edənlərin kim olduğunu bilmirdim. Anam və atam da yanımda idi. Sonra həyətdən silah səsləri eşitdim. Anam və atam da çölə çıxdı. Sonra polis əməkdaşları gəldi"- deyə şahid bildirib.

Mərhumun hüquqi varisi, həyat yoldaşı Tünzalə isə şahidin yalan danışdığını deyib.

O bildirib ki, şahid yalandan özünü xəstəliyə vurub: "Mən başa düşə bilmirəm ki, bu nə deməkdir. Natiqin bir qardaşı gəlir ki, xəstədir. İndi də bacısı gəlir ki, bəli, ağrıyır, xəstədir. Necə olur ki, Narıngül toyda oynayır, evdə həyətdə göyərti yığır, amma bura gələndə xəstədir".

Tünzalə işin ədalətli araşdırılmasını tələb edib.

Daha sonra məhkəmədə mərhumun qardaşı oğlu Tural Hacıyev şahid qismində dindirilib.

Hadisənin birbaşa şahidi olmadığını deyən Tural Hacıyev söyləyib ki, əmisi qızı ona zəng edərək hadisə barədə məlumat verib.

"Biz qohumlarına hadisə yerinə getdik. Amma polislər orada olanları aparmışdı"- deyən şahiddən hadisəni kimin törətdiyi soruşulub.

Şahid deyib ki, məhəllədə olan uşaqlar hadisənin gah Natiq, gah da böyük qardaşı tərəfindən törədildiyini söyləyiblər.

Məhkəməyə digər şahidlər gəlmədiyindən onlar barəsində məcburi gətirilmə qərarı çıxarılıb.

Növbəti məhkəmə iclası oktyabrın 12-də keçiriləcək.

Natiq Binyətov ona qarşı elan edilmiş ittihamla özünü qismən təqsirli bildiyini deyib. O bildirib ki, günah ölən şəxsdə olub. Binyətov mərhumu xüsusi amansızlıqla öldürmədiyini deyib

Sərbəst ifadə verən Binyətov söyləyib ki, qətlə yetirdiyi şəxs də onların yaşadığı kəndə gələrək heyvandarlıqla məşğul olub. O bildirib ki, qətli törətməsinə səbəb mərhumun içkili olması və söyüş döyməsi olub.

Anket məlumatlarında yazılır ki, 22 yaşlı Natiq subaydır, ilk dəfədir cinayət əməli törədib. O, orta məktəbi 4-cü sinifə qədər oxuduğunu, yaşadığı rayonda təsərrüfatla məşğul olduğunu, çobanlıq etdiyini söyləyib.

Hadisə rayonun Acıdərə yaşayış massivində baş verib. Çobanlıqla məşqul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirinbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib. 

İlkin məlumata görə qətlə yetirilən çoban Zaur Hacıyevin iti Natiq Binyətovun itini parçalayaraü öldürüb.

Bunu görən Natiq Binyətov da Zaur Hacıyevin yaşadığı evə gədərək ov tüfəngi ilə onun itini öldürüb.

Sonradan hər iki çobanın arasında mübahisə yaranıb və Natiq Binyətov özü ilə gətirdiyi ov tüfəngi ilə Zaura 7 dəfə atəş açıb. Zaur Hacıyev hadisə yerində ölüb.

N.Binyətov hadisə yerindən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılıb. 

Natiq Binyətov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!