Rusiyanın ərzaq məhsullarına maraq göstəririk.
Axar.az xəbər verir ki, bunu Qətərin Moskvadakı səfiri Fahad Məhəmməd əl-Ətiyyəh deyib.
Ətiyyəh sözügedən məsələni Rusiya lideri Vladimir Putinlə müzakirə etdiyini, ancaq ölkələr arasında müqavilə imzalanmadığını bildirib: "Əgər Qətərin ehtiyacı olarsa, Rusiya qida məhsulları göndərməyə və satmağa hazırdır. Biz həqiqətən də bu məsələni aktivləşdirmək istəyirik", - Ətiyyəh söyləyib.