Kreml istənilən halda Malorusiya layihəsindən Kiyev və Qərbə təzyiq üçün istifadə edəcək.
Axar.az xəbər verir ki, bu iddia ilə Almaniyanın “Die Zeit” qəzeti çıxış edib. Qəzet Rusiyanın Ukraynanı öz şərtləri ilə sülhə məcbur etmək istədiyini bildirib:
“Moskva çalışır ki, Donetsk və Luqanskın muxtariyyət statusunu Kiyevə qəbul etdirsin və öz qoşunlarını burada saxlasın. Bunu isə Malorusiya vasitəsilə Kiyevə qəbul etdirmək istəyir. Kremlin əsas hədəfi yenə də bütün Ukraynada qeyri-stabillik yaradıb, onun Avropaya inteqrasiyasına mane olmaqdır”.