Hakimiyyət Konstitusiyaya dəyişiklik ideyasından imtina etməyə başladı, çünki onlar anladılar ki, müxalifətin gücü çoxdur və ideyalarını həyata keçirmək şansları yoxdur.
Fələstin lideri Mahmud Abbas İsrail Baş naziri Benyamin Netanyahunun “müharibədən sonrakı Qəzza” planının prinsiplərini rədd edib və bununla bağlı xarici liderlərə və beynəlxalq təşkilatların rəhbərlərinə məktublar göndərib.
Nikol Paşinyan Ermənistan XİN-in rəhbəri Ararat Mirzoyanın azərbaycanlı həmkarı Ceyhun Bayramovla fevralın 28-29-da Berlində keçiriləcək görüşündə sülh sazişi üzrə irəliləyişə nail olunacağına ümid etdiyini bildirib.