Ayrat Gimranovun kriminal dəstəsi 1990-cı illərin əvvəllərindən 1999-cu ilə qədər Sankt-Peterburqda fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrup idi.

 

Fotoda Əfqanıstan müharibəsinin iştirakçısı Ayrat Kavyeviç Gimranovu görürsünüz. Əbülfəz Elçibəyin Azərbaycan Prezidenti olduğu dövrdə ona qarşı sui-qəsd təşkil etmək əmrini alan Rusiyanın ən təhlükəli kriminal dəstəsinin rəhbəri olan Ayrat 1961-ci ildə Başqırdıstanda anadan olub. Ryazan Ali Hərbi Hava Qüvvələri Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1982-1984-cü illərdə Əfqanıstanda döyüş əməliyyatları zamanı komandir olub. “Qırmızı Ulduz“ ordeninin sahibi və idman ustası idi.

1985-ci ildə Leninqrad Ali Hərbi Bədən Tərbiyəsi Məktəbində yüksək ixtisaslı təlimçilər üçün hazırlıq qrupunda işləməyə başlayıb. 3 ildən sonra Gimranov nizam-intizamı pozduğuna görə xaric edilib.

1990-cı illərin əvvəllərində Gimranov dəstə yaradıb. Buraya Sergey Denisov, Valeri Şmorqun, Sergey Kolesin, Eduard Avzalutdinov, Stanislav Adamyan daxil idi. Onun çoxlu snayperləri və partlayışları dəqiq yerinə yetirən adamları var idi. Əvvəlcə onun dəstəsi əsasən oğurluqla məşğul olurdu. Lakin çox keçmədən Anatoli Sobçakın yaxın adamlarından biri olan Yuri Şutov onlarla əlaqə saxladı. Bundan sonra onlar güclü arxa əldə edib genişmiqyaslı fəaliyyətə başladılar. Leninqrad mehmanxanasındakı yanğın, şimal paytaxtının vitse-qubernatorunun məhvi - bunlar onların işlərindən yalnız ən diqqət çəkənləridir. O qədər güclü dəstə idilər ki, Rusiyanın ən yüksək vəzifəli məmurları onlarla hesablaşmağa məcbur idi.

1992-ci ildə Şutov və Gimranov Rusiya təhlükəsizlik xidməti əməkdaşları tərəfindən həbs edilirlər. İttiham isə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Əliyevə (Elçibəy) qarşı bu dəstənin hazırladığı sui-qəsdlə bağlı məlumatların onlara daxil olması idi. Rusiya təhlükəsizlik əməkdaşları dəstə başçılarının Azərbaycan prezidentinə sui-qəsd üçün sifarişi hardan almalarını müəyyən etmək istəyirdi.

Məhkəmə keçirilir və Əbülfəz Elçibəyin o dövrdə Rusiya ilə münasibətlərinin yaxşı olmaması səbəbilə ittiham edilənlər azadlığa buraxılır. Şutov tam bəraət alır, Gimranov və onun əlaltıları hədə-qorxu ilə insanlardan pul tələb etmə və zorakılıq hədələrinə görə yüngül cəzalar alır.

2016-cı ildə “Cinayətkar Rusiya” proqramında bu məsələ gündəmə gəlir və orda müzakirə edilir ki, niyə məhz Gimranovun yoldaşları fəaliyyətləri zamanı Azərbaycan Prezidenti Əbülfəz Elçibəyə sui-qəsd etməklə bağlı sifariş alıblar. Lakin bu, hələ də sirr olaraq qalır.

Qeyd edim ki, Elçibəyə qarşı dörd sui-qəsd cəhdi olub.

03 Aprel 2025 Putinin adamı ABŞ-a Trampı sakitləşdirmək üçün gedib
05 Mart 2025 Rusiyanın Səfəvilərdən tələb etdiyi hədiyyə və… xəyanəti
04 Fevral 2025 Türkiyəli məşhur müğənni Bakıya gəlir
15 Yanvar 2025 Azərbaycanlı tələbənin Türkiyədə kitabı nəşr edildi
09 Yanvar 2025 Daha bir Hollivud aktyorunun evi yandı
07 Yanvar 2025 Nicat Rəhimovun səhhətində problem yarandı - Video
27 Dekabr 2024 Tarkandan təyyarə qəzasına reaksiya
26 Dekabr 2024 Türkiyəli məşhurlardan başsağlığı paylaşımları
17 Dekabr 2024 Polad müəllimə dedim ki, bir biclik etmək olar... - Aqil Abbas
17 Dekabr 2024 2025: Yaşıl ilan ilində bizi nələr gözləyir?
16 Dekabr 2024 Dünyanın ən bahalı xəncəri: Sultan Şaha göndərəcəkdi - Foto
11 Dekabr 2024 Məhkəmə: O adamdan qan çıxmalı idi, buna icazəm var
10 Dekabr 2024 Xalq artisti mülki iddia qaldırdı: 450 min manat istəyir
09 Dekabr 2024 Nəsiminin Suriyadakı məqbərəsi - Yeni video
06 Dekabr 2024 Məşhur aşpaz həbs cəzası aldı
06 Dekabr 2024 Nazirliyin sabiq əməkdaşı ABŞ-da diaspor təşkilatı yaratdı
06 Dekabr 2024 Ermənilər Şövkət Ələkbərovanın 4 mahnısını “mənimsədi”
05 Dekabr 2024 İlber Ortaylı xəstəxanaya yerləşdirildi
05 Dekabr 2024 “Vahid” serialdan gedir
05 Dekabr 2024 Sərdar Ortaç bu halı ilə sevənlərini üzdü - Foto
04 Dekabr 2024 Türk rejissor: Film çəkilişində Qarabağ qazisi gəldi ki…
20 Noyabr 2024 Türkiyənin məşhur aktyoru Bakıda - Foto
11 Noyabr 2024 Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi
05 Noyabr 2024 Meksika səfirliyində Ölülər Günü qeyd edilib
05 Noyabr 2024 "Yanında qız olan oğlan olmaq istəyirəm” - FOTO
05 Noyabr 2024 Məşhur türk serialında Azərbaycan mahnısı - Video
26 Oktyabr 2024 Şahlar Quliyev dəfn olundu
26 Oktyabr 2024 Bir qrup beynəlxalq səyyah Şuşaya gəldi
24 Oktyabr 2024 Tarzan öldü
22 Oktyabr 2024 “Mehmed: Fəthlərin Sultanı” serialı Kann Film Festivalında